Azərbaycan İdeyası

Nazirliyin vəzifəli şəxsi qeyri-leqal işə cəlb etdiyi fəhlənin pulunu vermir

Tarix:18-12-2025, 15:06
Baxış Sayı:27

Nazirliyin vəzifəli şəxsi qeyri-leqal işə cəlb etdiyi fəhlənin pulunu vermir

İşəgötürənlər işçilərin əmək müqaviləsi əsasında işə cəlb olunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməli, habelə mal və pul vəsaitlərinin uçotdan gizlədilməsi hallarına yol verməməlidirlər. İşlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin sayı 10 nəfərdən çox olduğu halda, cinayət tərkibi yaranır.
Lənkəran şəhəri, A.Bağırov küçəsi -29 ünvanda qeydiyyatda olan Əzimov Bəhruz Heybət oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına məktubla müraciət edərək bildirib ki, 2025-ci ilin yanvar ayından mart auyına kimi Elmi Tədqiqat İnstitutunda Əflatun Məmmədov adlı şəxsin rəhbərliyi altında fəhlə işləyib. Aralarında razılaşdırılan şifahi sazişə əsasən, Əflatun Məmmədov ona hər həftə 180 AZN pul vəsaiti ödəməyi öhdəsinə götürübmüş. Lakin Ə.Məmmədov öhdəliyə əməl etməyərək, həftə sonları ona 30, bəzən 20, bəzən də 10 AZN vəsait ödəyirmiş. Yazır ki, bu günədək Əflatunun ona 500 AZN məbləğində borcu yaranıb. Dəfələrlə ondan tələb etsə də, həmin vəsaiti verməkdən imtina edir. Məsələnin ictimailəşdirilməsini redaksiyadan xahiş edən B.Əzimov həmçinin qeyd edir ki, əlində Ə.Məmmədovla işgüzar söhbətləri və zəhmət haqqı ödənişi münasibətlərini əks etdirən telefon qeydləri var.
Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutu dövlət büdcəsindən maliyyələşdirilir və həmin institutun direktor müavini Əflatun Məmmədov rəhbər vəzifədə çalışdığı elmi müəssisə üçün gördürdüyü işləri mütləq rəsmiləşdirməli idi. Əks təqdirdə qeyri-leqal işçi cəlb etmiş hesab olunmalıdır.

Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı