Azərbaycan İdeyası

Bakıda şirkət sürücüləri qəzaya salır – Nişanı yox ediblər VİDEO

Tarix:7-09-2016, 11:27
Baxış Sayı:287

Bakıda şirkət sürücüləri qəzaya salır – Nişanı yox ediblər VİDEO
Nişan olmadığı üçün baş verən qəzaların sayı hər gün artır, şirkət isə öz bildiyini edir Bakının Nizami rayonu ərazisində tikinti şirkətinin özbaşınalağı ucbatından 4 aydır sürücülər əziyyət çəkir.

Belə ki, Mehdi Abbasov və Şirin Mirzəyev küçələrinin kəsişməsində, «Planet dairəsi» («Planet» şadlıq evinin yanı) kimi tanınan nöqtədə yol nişanının yoxa çıxması vəziyyəti əməlli-başlı qəlizləşdirib. Sürücülərin Avtosfer.az-a müraciətlərindən sonra əməkdaşlarımız həmin ərazidə olublar. Məlum olub ki, «Vesta Constraction» şirkəti yolun sağında bina tikir. Lakin tikinti işlərində qanunsuzluğa yol verərək səkini tam zəbt ediblər. Bununla da, səkidə quraşdırılmış «Stop» nişanı hasarın o tayında qalıb. Bir müddət sonra Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin təkidi ilə tikinti şirkəti həmin nişanı hasarın bu tayına çıxaraq işıq dirəyindən asıb. Lakin artıq 4 aydır ki, nişan yoxa çıxıb.

Elə buna görə də, bu nöqtədə sürücülər çaşqınlıq içində qalırlar. Belə ki, üzü Qara Qarayev prospekti istiqamətində hərəkət edənlər düzünə getdikləri anda sağdan gələn nəqliyyat vasitələri ilə toqquşma baş verir. Çünki sağdan – Şirin Mirzəyev küçəsindən gələn yolda «Stop» nişanı yoxa çıxıb. Bu üzdən də Mehdi Abbbasov küçəsi ilə gələnlərlə toqquşma baş verir. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, buradakı nişan yoxa çıxandan bəri baş verən yol qəzalarının 8-i cinayət xarakterli olub və hazırda Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

Bundan əlavə, Nizami rayon Dövlət Yol Polisi Şöbəsində də 10-a yaxın yüngül qəza ilə bağlı araşdırma gedir. Qeyd edək ki, yolda yaratdığı bu cür təhlükəli vəziyyətə görə tikinti şirkəti qanunla məsuliyyət daşıyır. İnzibati Xətallar Məcəlləsi. Maddə 350.1. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə- fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 10 min manatdan 12 min manatadək məbləğdə cərimə edilir.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı