Azərbaycan İdeyası

“Qəsr” Mənzil-Tikinti Kooperativ Masazırda böyük narazılıq yaradıb

Tarix:30-06-2016, 19:26
Baxış Sayı:720

“Qəsr” Mənzil-Tikinti Kooperativ Masazırda böyük narazılıq yaradıb
Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin sakinləri "Qəsr" Yaşayış Kompleksinin fəaliyyətindən şikayətçidirlər. Sakinlər müvafiq dövlət qurumlarına müraciət edərək iddia edirlər ki, tikinti şirkəti vətəndaşların həyatına və sağlamlığına ciddi təhlükə yaradır.

Bu barədə Qaynarinfo.az-a şikayətçi sakinlərin hüquqlarını müdafiə edən vəkil Vamiq Şükürov bildirdi. Onun sözlərinə görə, vəkili olduğu 74 nəfər ailə "Qəsr" Mənzil-Tikinti Kooperativinə qarşı "inşaat işlərinin şəhərsalma və tikinti qaydalarına əməl etməməklə aparılması" iddiası ilə məhkəməyə müraciət etməyi qərara alıblar.

"Hüquqlarını müdafiə etdiyim vətəndaşlar Masazır kəndinin köklü sakinləridir və kəndin mərkəzində həyət evlərində yaşayırlar. "Qəsr" Mənzil-Tikinti Kooperativi 2014-cü ildən Masazır kəndi, Əliağa Vahid küçəsində, ətrafı kənd yaşayış məntəqələri ilə əhatələnmiş təxminən 0.60 ha torpaq sahəsində hündürmərtəbəli yaşayış kompleksi tikir. Tikinti işləri sakinlərin təhlükəsizliyi, sağlamlığı və mühafizəsi üçün ciddi risklər yaradır. Belə ki, binanın yaşayış sahələrinə yaxın, hətta bir neçə həyət evinə bitişik tikilməsi ən böyük təhlükə mənbəyidir. Külək əsən zaman istifadə olunan tikinti materiallarının tozu və qırıntıları həyətlərə tökülür, küləkli havada pompa nasosu ilə beton vurarkən sementli məhlul sakinlərin evinin pəncərəsini çirkləndirir. Görülən işlərin səsi-küyü yerli əhalinin evinin içindədir. İstirahət günlərində gecələr də daxil olmaqla tikinti işləri aparılır və həmin günlərdə də səs-küy arası kəsilmədən davam edir",-deyə vəkil bildirdi.

Onun sözlərinə görə, sakinlər deyirlər ki, tikilməkdə olan binadan həyətlərinə təhlükə yaradan tikinti materialları və ləvazimatlar düşür: "Küləkli havada bu risk daha da artır".

Sakinləri narahat edən bir məsələ isə "Qəsr" şirkətinin sifarişini yerinə yetirən ağır tonnajlı maşınların kənd evlərinə gələn dar yolda dayanaraq hərəkəti məhdudlaşdırmalarıdır: "Məsələn, sakinlər avtomobillə evdən çıxan və evə gələn zaman beton tökən maşınların yolu kəsməsi ilə əlaqədar olaraq dəfələrlə hərəkət dayanmış və avtomobili qoyub evə piyada getməyə və ya evdən piyada çıxmağa məcbur qalıb. Tikinti işlərini aparmaq üçün istifadə olunan maşın-mexanizmlərin dayanması üçün yerlər nəzərdə tutulmayıb.

Masazırda kanalizasiya sistemi olmadığına görə onlar kanalizasiya borularını kəndin kustar üsulla hazırlanmış kanalizasiyasına birləşdiriblər. Üstü açıq kanalizasiyaya birləşdirilən tikintisi aparılan 3 yaşayış binasının kanalizasiyası kəndin ekoloji durumuna çox ciddi təsir göstərir. Ən pisi isə budur ki, həmin kanalizasiya suları Masazır duz gölünə axıdılır. Bu isə dövlət səviyyəsində mühafizə olunan gölün çirklənməsi deməkdir.

14 mərtəbəli binanın fasadı şimal küləyinə qarşı tikildiyinə görə küləyin istiqaməti dəyişib yaxın həyətlərə böyük təzyiqli dağıdıcı qüvvəyə malik hava axını yönəldir və fəsadlar törədir.

Bu müddət ərzində tərəfimizdən tikinti şirkətinə inşaat işlərinin şəhərsalma və tikinti qaydalarına əməl etməklə aparılması barədə dəfələrlə şifahi şəkildə narazılıqlar və şikayətlər bildirilib".

Vəkilin sözlərinə görə, Abşeron yarımadasının su ilə təminatında müstəsna rol oynayan Şollar su kəməri Masazır kəndindən keçir: "Mövcud tikinti normalarına əsasən iri su kəmərlərinin üzərində tikinti işləri aparıla bilməz. Bütün bu problemlərdən təhlükəlisi isə "Qəsr"in tikdiyi binaların Şollar su kəmərinin üzərində tikilməsidir. Əldə etdiyimiz dəqiq məlumata görə, tikinti aparılan zaman kəmər zədələnib. Hətta binanın altından su sızır. Vəziyyət çox kritik həddə çatıb. Hər an kəmərdə fövqəladə hadisə baş verə bilər. Bu isə Bakı şəhərinin su təminatında böyük problemlər yarada bilər".

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq