Azərbaycan İdeyası

"PARABANK" ASC NİYƏ BAĞLANDI?

Tarix:12-10-2016, 15:40
Baxış Sayı:329

"Parabank" ASC özəl təşkilatdır. 25 il əvvəl qanun əsasında yaradılıb, qanun əsasında 25 ildir ki, öz əmanətçiləri - mülkiyyətçilərilə fəaliyyət göstərir. Azərbaycanda yeganə bankdır ki, "Parabank" ASC öz mükəlləfiyyətçiləri ilə düzgün münasibəti qurmuşdur.
"Parabank" ASC - mülkiyyətçinin və onun əmanətçilərinin - mülkiyyətçilərinin hüquqlarını AR Konstitusiyasının
Maddə 12.1 İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir;
Maddə 13.1. AR-da mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
Maddə 13.2. Mülkiyyət - dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər;
AR MM-nin:
Maddə 6.1.4. Mülkiyyət toxunulmazdır;
Maddə 6.1.9. Mülkiyyət hüquqlarının məhkəmə müdafiəsi;
maddələrinin tələbləri qoruyur.
Bu gün Parabank" ASC-nin və onun əmanətçilərinin-mülkiyyətçilərinin qanuni konstitusion hüquqlarının AR Maliyyə Bazarlarına Nəzarət Palatası 21.07.2016-cı il tarixli 16 saylı iclas Prookolunun "Mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadığına, aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiyinə, məcmu kapitalının minimum məbləği tələbinə əməl etmədiyinə, məruz qaldığı itkiləri maliyyə hesablarında düzgün əks etdirmədiyinə, təhrif edilmiş hesabatların təqdim edilməsinə, bütövlükdə cari fəaliyyətini etibarlı və prodensual qaydada idarə etmədiyinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiyinə görə "Parabank" ASC-nin fəaliyyəti dayandırılsın" qərarı əsassız, əvvəlcədən planlaşdırılmış, qondarılmış faktlar əsasında qəbul edilərək "Parabank" ASC-nin və 16000 əmanətçi- mülkiyyətçilərin konstitusion hüquqları pozulmuşdur, cəmiyyətin orta-aşağı təbəqə əhalisi bədbəxt vəziyyətə qoyulmuşdur. Özəl mülkiyyətçilərin əmanətlərinə müdaxilə etmək məqsədilə uzun illərdir fikirləşilib "Sığorta" kələyi qondarılmışdır.
Özəl qurum o vaxt fəaliyyətin dayandırır, o, müflisləşsin - bankrot olsun. "Parabank" ASC müflisləşmədiyi bir halda, 16000 əmanətçisi - mülkiyyətçisi olan, 21.07.2016-cı ilə kimi normal fəaliyyət göstərən özəl təşkilatın fəaliyyəti əsassız- düzəldilməsi mümkün olan səhvlərə görə bağlana bilməz. AR Konstitusiya Məhkəməsi əsassız qəbul olunmuş qərarın qanuniliyi, 16000 mülkiyyətçinin konstitusion hüququnun pozulması faktlarını yoxlamalıdır.
Bəs həqiqət nədir? Niyə 16000 əmanətçinin - mülkiyyətçinin konstitusion hüququ pozulmuşdur? Çünki Azərbaycanda yeganə bankdır ki, öz əmanətçiləri - mülkiyyətçilərilə müqaviləni 14%, 16,5%, 17% illik ödənişlə bağlayır. Bu "Parabank" ASC-nin fəaliyyətinin dayandırılmasına əsas səbəbdir. Hakimiyyətdəkilərin uzun müddətdə qondardıqları sığorta faizi, sığorta məbləği "Parabank" ASC-ni və onun 16000 əmanətçi-mülkiyyətçilərini soymaq üçün oyunbazlıq üsuludur. "Parabank" ASC-nin əmanətçiləri-mülkiyyətçiləri "Parabank" ASC ilə 14%, 16,5%, 17% müqavilə bağlayırlar, sığorta oyunbazları ilə ilə yox. Ona görə də "Parabank" ASC-nin fəaliyyətini dayandıran AR Maliyyə Bazarlarına Nəzarət Palatası öz qərarında "Parabank" ASC-nə 4 ay müddət verməlidir ki, "Parabank" ASC öz əmanətçilərilə bağlanmış müqavilə əsasında, mülkiyyət borcunu qaytarsın.
Sığortaçıların nə ixtiyarı var, özəl "Parabank" ASC-nin və onun əmanətçilərinin-mülkiyyətçilərinin mülkiyyətini əllərinə keçirsin? Bu, "Parabank" ASC-nin və onun mülkiyyətçilərinin konstitusion hüquqlarının pozulmasıdır.
Bu gün "Parabank" ASC-nin başına açılan oyun 1994-cü ildə "VahidBank"ın başına açılmışdır. Necə:
"VahidBank" ASC öz qəzetində təkrar-təkrar yazırdı ki, hakimiyyətdəkilər imkan versələr, Azərbaycanı Küveytə döndərərik. Bu sözə görə Rəsul Quliyevin təkilifilə "VahidBank" boğduruldu. Əvvəlcə "VahidBank" ASC -nin başçısını cinayəkar elan edib həbs etdilər. Sonra "VahidBank" ASC-nin kompüter bazasını yandırdılar. Daha sonra "VahidBank" ASC-nin əmanətçilərinə elan etdilər: "Kim əmanətini geri almaq istəyir, gəlsin siyahıya yazılıb əmanətinin məbləğini göstərsin". 4 aydan sonra əmanətini almağa gələnlərə dedilər ("VahidBank" ASC-nin binasının qapısında Rəsul Quliyevin polisini oturtdular): "Gedin, bir də bura ayağınız dəyməsin. Yaşamaq istəyirsinizsə, "VahidBank"ı yaddan çıxardın". Beləliklə, Rəsul Quliyev "VahidBank" ASC-nin və onun əmanətçilərinin pullarını mənimsədi.
Bu faciəni bu gün "Parabank" ASC-nin əmanətçilərinin başına sığortaçılar açacaqlar.
Bu gün dövlət başçılarının - Prezidentin, Azərbaycanın birinci xanımı M. Əliyevanın, baş nazir A. Rasizadənin, Milli Məclis sədri O. Əsədovun, AR Konstitusiya Məhkəməsinin, "Parabank" ASC-nin 16000 əmanətçilərinə - mülkiyyətçilərinə Azərbaycanın bu ağır günündə yazıqları gəlib, "Parabank" ASC-nin fəaliyyətini bərpa etmələrini xahiş edirəm.
İmza: Respublika Veteranlar Təşkilatının, Ağsaqqallar Şurasının və Ziyalılar İttifaqının üzvü, ictimaiyyətçi-xeyriyyəçi, 75 yaşlı Həbibzadə Vəfa Həbib oğlu.
Əlaqə tel.: (012) 349 25 50
29.07.2016

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq