Azərbaycan İdeyası

ŞIX SANATORİYASININ ƏRƏBZƏNGİSİ

Tarix:12-10-2016, 15:40
Baxış Sayı:259

Eynşteynin bir sözü vardır: "İnsanlardakı ön mühakiməni parçalamaq mənim atomu parçalamamdan daha çətindir". Fəaliyyətə başladığı ilk gündən cəmiyyətimizdəki eybəcərlikləri güzgü kimi açıb göstərmək, məmur özbaşınalıqlarına, qanunsuzluqlara rəvac verənlərə qarşı mübarizə, neqativ halların aşkarlanması və aradan qaldırılması işinə dəstək vermək amalına xidmət edən "Korrupsiya və Qanun" qəzetinin yolu heç də hamar olmamışdır. Dərgimizin ifşa etdiyi, şəxsi maraqlarını dövlətin və cəmiyyətin mənafeyindən üstün tutan ünsürlər əllərinə düşən hər fürsətdə işimizə badalaq gəlməyə çalışmış, bəzi hallarda "sapı özümüzdən olan baltaların" da köməyindən yararlanmışlar. Nəticədə qəzetimizin adı Mətbuat Şurasının "qara siyahı" sına düşmüşdür. Doğrudur, biz bu qərarla razılaşmayaraq, öz haqq səsimizi oxucularımıza çatdırmışıq. Etiraf etməyimiz lazımdır ki, bütün başqa sahələrdə olduğu kimi, bizim də sıralarımıza təsadüfi şəxslər yol tapa bilmiş, onların buraxdığı səhvlər redaksiyamızın passivinə yazılmışdır. Elələri həm qanun qarşısında cavab vermiş, həm də redaksiya kollektivindən uzaqlaşdırılmışlar.
Bir danılmaz həqiqət var ki, "Korrupsiya və Qanun" qəzeti qədər oxucularının, sadə Azərbaycan vətəndaşlarının çağırışlarına hay verən, müraciətlərə həssas yanaşan, insanların pozulmuş hüquqlarının bərpasına çalışan kütləvi informasiya vasitələri barmaq hesabı saya gələn dərəcədə azdır. Peşə fəaliyyətimiz tarixində yüzlərlə vətəndaşın halal haqlarına yetişmələrinə vəsilə olmuşuq. Onlarla hüquqpozanın töhmətlənməsinə, inzibati məsuliyyətə cəlb olunmasına nail olmuşuq. Bir sözlə, aktivimizə yazılan xeyirxah işlərimiz daha çoxdur və bu, bizim ən böyük mükafatımızdır.
Məyusluq yaradan məqam ondan ibarətdir ki, yerlərdə ictimaiyyət nümayəndələri ilə görüşlərimizdə bəzi vəzifəli şəxslər internet resurslarından qəzetin haqqında məhz təəssüf doğuran informasiyaları bizim əməkdaşlara xatırladırlar. Haqqımızda məlumat axtararkən bir az daha artıq səy göstərmək, haçansa bir şəhid anasının göz yaşını silməyimiz, bir əlilin əlindən tutub ayağa qaldırmağımız, maddi yardıma ehtiyacı olan xəstə uşaq üçün elanlar dərc etməyimiz, şəxsiyyət vəsiqəsi olmaya - olmaya məhkumluq həyatı yaşayan vətəndaşın haqqını bərpa etməyimiz... və sadalamadığımız başqa bu kimi savab işləri görmək istəmirlər. Müşahidələr göstərir ki, bu cür mənfi prizmadan yanaşanlar məhz o şəxslərdir ki, öz nöqsanlarını (yumşaq ifadədir - red.) ört-basdır eləmək üçün preventiv addımlar ataraq, bir növ qabaqdangəlmişlik edirlər.
"Qara məni basınca, qoy qaranı mən basım" prinsipi ilə hərəkət edən bu adamlardan biri ilə Şıx sanatoriyasında rastlaşdıq. Arxada qalan yay mövsümündə KİV üçün aktual mözulardan biri də sanatoriyalarda şərait - yeməyin keyfiyyəti, çeşidin bolluğu, qab-qacağın, mebelin, yataq dəstlərinin yerində olması, sanitar-gigiyenik vəziyyət, suyun, elektrik enerjisinin verilməsindəki fasiləsizlik, xidmətçilərin, həkim və tibb bacılarının davranış mədəniyyəti, onların pasiyentlərlə ünsiyyət yaratmaq qabiliyyəti və s. kimi sanatoriya-kurort həyatının kompleksini tamamlayan vacib elementlərdir. Bu mövzuda yazı hazırlamaq üçün baş çəkdiyimiz sanatoriyada ilk təmasda olduğumuz qadın əməkdaş (qəbul otağının işçisi) özümüzü ona təqdim edən kimi bizdə olduqca bədbun təəssürat yaradan hərəkətə imza atdı. Aralanıb haradasa kompüterdən istifadə edib qəzet barədə mənfi imic yaradan məlumatları çap edib printerdən çıxardı və gətirib az qala gözümüzə soxdu. Redaksiyamızın keçmiş əməkdaşı Failə İbrahimovanın guya əvvəllər məhkumluq həyatı yaşadığı barədə saytlardan birində gedən yanlış informasiyanı üzümüzə çırpdı. Bilmirdi ki, F. İbrahimova heç vaxt məhkum olmayıb və bu barədə yazan media orqanını məhkəmədə udub. Əlbəttə, bütün bunları o qadına başa salmağın yeri yox idi. Çünki məqsədi həqiqəti aramaq deyildi, "öz könlündəkini anlayırdı".
Respublikamızın şəfa ocaqları sırasında "Şıx" sanatoriyasının öz yeri var. Sanatoriyanın həmin o bir nəfər qadın işçisi istisna olmaqla, hazırki personalın qalan üzvləri barədə pis heç nə deyə bilmərik. Kollektiv təkcə buraya yollayışla gəlib dincələnlərə deyil, başqa qəbildən olan ziyarətçilərinə də gülərüz yanaşıb, qonaqpərvərlik nümayiş etdirib. Sanatoriya rəhbərliyi həmişə KİV nümayəndələri ilə ünsiyyətə açıq olublar, şəffaflığı, ictimai hesabatlılığı təmin ediblər. İnanmaq istəyirik ki, sanatoriya rəhbərliyi həmin qadına "Səhiyyə orqanları əməkdaşlarının etik davranış qaydaları"nı əzbərlətdirəcəkdir.

OXŞAR XƏBƏRLƏR
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Sabah 27 dərəcə İSTİ OLACAQ
Sabah 27 dərəcə İSTİ OLACAQ
Yasamalda “nəzarət” adı ilə vətəndaşa təzyiq: “Uçaskovı” Rəfail kimə arxayındır?
Yasamalda “nəzarət” adı ilə vətəndaşa təzyiq: “Uçaskovı” Rəfail kimə arxayındır?
Azərbaycanda mütəşəkkil dəstə ifşa edildi - 89,5 milyon manatlıq dələduzluq
Azərbaycanda mütəşəkkil dəstə ifşa edildi - 89,5 milyon manatlıq dələduzluq
Daha 16 itkin-şəhid dəfn olunacaq+SİYAHI
Daha 16 itkin-şəhid dəfn olunacaq+SİYAHI
Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
TƏBRİK EDİRİK+FOTO
TƏBRİK EDİRİK+FOTO
Dolu düşəcək, sulu qar yağacaq - SABAHIN HAVASI
Dolu düşəcək, sulu qar yağacaq - SABAHIN HAVASI