Azərbaycan İdeyası

Bakıda məmurlara rüşvət verən xarici şirkət Azərbaycandan qaçır

Tarix:18-10-2016, 14:28
Baxış Sayı:275

Bakıda məmurlara rüşvət verən xarici şirkət Azərbaycandan qaçır
Almaniyanın F.H. Bertling Ltd. Nəqliyyat və logistika şirkət elan edib ki, Azərbaycanda fəaliyyəti zamanı yerli məmurlara rüşvət verməsi faktının üzə çıxmasına görə bu ölkədə fəaliyyətini dayandırır. Virtualaz.org xəbər verir ki, bu haqda “The Wall Street Journal” yazıb. Məlumata görə şirkət Azərbaycandakı nümayəndəliyinin ləğv edilməsi üçün proseduru artıq başladıb.

Virtualaz.org bu ilin avqustunda xəbər vermişdi ki, Böyük Britaniya hökumətinin korrupsiya və irimiqyaslı dələduzluq əməllərinin təhqiqatı üzrə departamenti –Seriuos Fraud Office (SFO) F.H. Brtling Ltd. beynəlxalq nəqliyyat və logistika şirkətinin Azərbaycandakı fəaliyyəti ilə bağlı təhqiqat aparır. Məlumata görə şirkətin Azərbaycandakı fəaliyyətinə dair təhqiqat hələ 2014-cü ilin sentyabrında başlayıb. SFO təhqiqatla bağlı əlavə şərh verməyib.

Şirkət Azərbaycandakı nümayəndəliyinin yerli məmurlara rüşvət verməklə işlərini yoluna qoyduğunu özü 2015-ci ildə SFO-ya bildirib. Çünki şirkətin 2014-cü il üçün maliyyə hesabatında bu barədə faktlar üzə çıxıb. SFO ona görə F.H. Bertling Ltd. Şirkətinin Britaniyadakı nümayəndəliyinə qarşı təhqiqat aparır ki, şirkət Anqolada məmurlara rüşvət verib. Britaniya qanunvericiliyinə əsasən şirkətlərin xaricdə rüşvət verməsi qadağandır.
Bakıda məmurlara rüşvət verən xarici şirkət Azərbaycandan qaçır
SFO şirkətin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətində yol verilmiş maliyyə maxinasyaları və gəlirlərin vergidən gizlədilməsi, habelə rüşvət şübhələri üzrə araşdırma başlatsa da detalları açıqlamayıb. F.H. Bertling Ltd. şirkətinin nümayəndələri də məsələni şərh etməyib.

F.H. Bertling Ltd. Almaniyanın F.H. Bertling Holdings GmbH şirkətinin törəmə şirkətidir. F.H. Bertling Holdings GmbH şirkətinin dünyanın 35 ölkəsində 65 törəmə şirkəti var və 150 ildir ki, fəaliyyət göstərir. Şirkətin Azərbaycandakı nümayəndəliyi olan “Bertling Caspian Ltd” də Böyük Britaniyada qeydiyyatdan keçib, Azərbaycanda 1995-ci ildən fəaliyyət göstərir. Şirkət Gürcüstan, Türkmənistan, Qazaxıstan və Türkiyədəki ofisləri ilə birlikdə Xəzər regionunda əməliyyat xidmətləri göstərir.

“Bertling” şirkəti Bakıda avtomobil, hava, dəniz və dəmir yolları vasitəsilə beynəlxalq yükdaşımaları həyata keçirir, bu zaman yüklərin gömrük rəsmiləşdirilməsinə, tranzitinə və Azərbaycan daxilində yüklərə xidmətə görə sifarişləri də yerinə yetirir.
Bakıda məmurlara rüşvət verən xarici şirkət Azərbaycandan qaçır
İndi Bertling Ltd. bildirir ki, rüşvət araşdırmalarına görə Böyük Britaniyadakı biznesini də dayandırmaq qərarına . Habelə Bakıdakı nümayəndəliyinin ləğvinə başlayıb. Şirkətdən bildiriblər ki, rüşvət verilməsi “Xəzər regionu ölkələrində tarixən ticarət praktikasının tərkib hissəsi olub” və o, regionda “əməliyyatlarını dayandırmaq prosedurana” başlayıb.

Habelə şirkət Böyük Britaniya və İrlandiyadakı ticarət-ekspeditor əməliyyatlarını ilin sonuna qədər dayandıracaq, bu ölkədəki aktivlərini satacaq. Məqsəd şirkətin maliyyə öhdəliklərini “müəyyən olunmuş qaydada” yenidən nizamlamaqdır. Şirkətin Anqolada rüşvət verməsinə dair məhkəmə prosesi isə Londonda gələn il başlamalıdır.

F.H. Bertling Ltd. Şirkətinin Böyük Britaniya, İrlandiya və Xəzər region üzrə direktoru Kolin Maklsaak qəzetin soruğusunu cavablandırmaqdan imtina edib.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı