Azərbaycan İdeyası

Azərbaycan Beynəlxalq Bankını London məhkəməsinə verdilər

Tarix:31-08-2016, 13:54
Baxış Sayı:448

Azərbaycan Beynəlxalq Bankını London məhkəməsinə verdilər
İsrailin BSD CROWN LTD şirkəti Azərbaycan Beynəlxalq Bankına qarşı London Arbitraj məhkəməsində iddia qaldırıb. Virtualaz.org xəbər verir ki, şirkət Azərbaycan bankının ona borclu olduğu 13.6 milyon dolları tələb edir. Məhkəmə baxışının vaxtı hələ müəyyən edilməyib. Xəbər verdiyimiz kimi İsrail şirkəti ilə Azərbaycan Beynəlxalq Bankı arasında çəkişmə Cahangir Hacıyevin dövründə -2013-cü ildə bankda yerləşdirilmiş 13.6 milyon dollar (faizləri ilə birlikdə) şübhəli depozitlə bağlıdır. BSD Crown yüzlərlə adda ərzaq məhsullarının distributorluğunu həyata keçirən Willi Food şirkətinin səhmlərinin mülkiyyətçisidir. Virtualaz.org araşdırıb ki, BSD Crown Ltd özü İsrailin BGİ investisiya şirkətinin törəmə şirkətidir.
Şirkətin nəzarət səhm paketi bu yaxınlara qədər Ukraynanın Odessa vilayətindən olan yəhudi oliqarx Aleksandr Qranovskiyə məxsus olub. Hazırda o, Ukraynada bizneslə məşğuldur. Qranovski Ukraynanın Çerkassk vilayətində anadan olub. Bu ölkədə iri biznesmenlərdən biridir, “Focus” jurnalının sahibidir. Habelə Qranovski spirtli içkilər istehsalı, bank və otel biznesi kimi sahələrdə çoxsaylı aktivlərə malikdir. 2007-ci ildən İsrailə investisiya yatırmağa başlayıb, 2013-cü ildə Willi Food şirkətnin nəzarət səhm paketini alıb.

Daha sonra səhmlərdən mənfəət əldə edə bilmədiyi üçün satmağa qərar verib. Ötən ilin iyulunda Qranovski BGİ holdinqinin səhmlərini yəhudi əsilli ukraynalı maqnat Qriqori Qurtovoya satıb. Qurtovoy bu ilin əvvəllərində bəyan edib ki, Qranovski BGİ-nin səhmlərinə nəzarət edəndə şirkətin vəsaitlərinin bir hissəsi Avstriya və Azərbaycan bankında depozit kimi yerləşdirilib.
Daha sonra həmin vəsaitlər hansısa şirkətlərin götürdüyü kreditlərə görə bank təminatı kimi göstərilib. Lakin Qurtovoy özü Qranovskinin biznesini “fırladan” adam kimi tanınır və İsraildə onun həmin bəyanatına inanmadılar. İsrailin Qiymətli Kağızlar İdarəsi bildirdi ki,Qurtovoy və BGİ-nin iki yüksək vəzifəli əməkdaşı “qlobal miqyasda heyrətamiz dələduzluq” əməli törədiblər. Onlar şirkətin vəsaitlərini qanunsuz yollarla xarici banklarda yerləşdirərək maliyyə hesabatından gizlədiblər.

İdarə biznesmenə qarşı araşdırma başladıb və bu ilin fevralında Qurtovoy BGİ holdinqinin vəsaitlərini qanunsuz yollarla xaricə çıxarmaqda ittiham edilərək həbs olunub. Bu pul yuma əməliyyatına görə aparılan təhqiqatda əsas fiqurantlardan biri də Qranovskidir. Çünki Azərbaycan və Avstriya bankında pullar məhz onun zamanında yerləşdirilib. Söhbət Beynəlxalq Banka Cahangir Hacıyevin rəhbərlik etdiyi dövrdən gedir. İsrailin Haaretz nəşrinin yazdığına görə Qurtovoy Təl-Əvivdə məhkəməyə ifadə verməyə gedərkən saxlanılıb.

Qəzet yazır ki, Qurtovoy on milyonlarla dolları qanunsuz yollarla xaricə çıxarmaqda ittiham olunur. Ona qarşı araşdırma BGİ holdinqinin səhmlərini partnyoru Qranovskidən 2015-ci ilin iyulunda alandan sonra başlayıb. Qurtovoyu girov müqabilində həbsdən buraxıblar. Ancaq İsrail Qiymətli Kağızlar İdarəsi əmindir ki, bu dələduzluq əməli hələ Qranovskinin holdinqə nəzarət etdiyi dövrdə başlayıb. İsraildə bu qalmaqalın yaşandığı bir vaxtda BSD CROWN LTD şirkəti Azərbaycan Beynəlxalq Bankında yerləşdirdiyi depoziti geri almağa çalışıb. Lakin bu, baş tutmayıb. Əvvəlcə şirkət həmin depozitin qaytarılmasına dair Beynəlxalq Bankla bu ilin mayında əldə edilmiş razılaşmanın yerinə yetirilmədiyinə dair bəyanat yaymışdı.
Bəyanatda deyilirdi ki, şirkət Azərbaycanda likvidlik problemini və valyuta bazarında vəziyyəti nəzərə alaraq depozitin 2017-ci ilə qədər hissə-hissə qaytarılmasına dair Beynəlxalq Bankın təklifinə razılıq verib. Razılaşmaya əsasən iyun ayında 500 min dollar həcmində ilk ödəniş edilməliydi. Lakin bank cəmi 250 min dollar ödəyib. Daha sonra BSD CROWN LTD bildirib ki, Azərbaycan Beynəlxalq Bankı həmin depozitin guya 2013-cü ildən etibarən “İsrael 18” adlı şirkətin götürdüyü kreditə görə girov kimi istifadə olunub.

Həmin şirkətə isə BSD CROWN LTD şirkətinin daxil olduğu BGİ holdinqinin səhmdarlara nəzarət edir. Lakin şirkət bildirir ki, o, həmin depozitin üçüncü şirkət tərəfindən girov və bank təminatı kimi istifadə olunmasına heç vaxt razılıq verməyib. Və Azərbaycan Beynəlxalq Bankı da heç vaxt şirkətə bu haqda xəbərdarlıq etməyib. BSD CROWN LTD xəbərdarlıq etmişdi ki, depoziti geri almaq üçün məhkəməyə müraciət edəcək.

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA