Azərbaycan İdeyası

Əsgərlər niyə intihar edir?

Tarix:20-10-2016, 13:31
Baxış Sayı:331

Əsgərlər niyə intihar edir?
“Əsgərlər niyə intihar edir. Bunu SalamNews-a Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı əsgər intiharlarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, orduda baş verən hadisələr müəyyən islahatların hazırlanmasına ehtiyac olduğunu göstərir:

"Ordu daxilində müəyyən dəyişikliklər var. İndiki ordu 10 il bundan əvvəlki ordu deyil. Həmin illərdə əsgərlə zabit arasında kəskin münasibətlər var idi. Nizam-intizam yox dərəcəsində idi. İndi isə orduda ruh yüksəkliyi müşahidə olunur. Əsgərlər vəzifə borclarını bilirlər, zabitlər təlimlərə məsuliyyətlə yanaşırlar. Elə hərbi hissələr var ki, orada inkişaf sevindirici səviyyədədir, dünya standarlarına cavab verir. Bununla belə, orduda intihar halları baş verirsə, bunların səbəbləri araşdırılmalıdır.

Artıq mətbuatda ordu üçün hərbi psixoloq institutunun tətbiq edilməli olduğu barədə məlumat yayılıb. Orduda, xüsusilə dindən geniş istifadə olunmalıdır. Artıq rus ordusuna keşişlər təyin edilib. Ümumiyyətlə, müsəlman aləmində dinin rolu hər zaman müsbət olub. 1992-1993-cü illərdə - ordunun yeni formalaşdığı bir dövrdə hərbi hissələrdə dini rəhbərlər təyin olunurdu. İndiki vaxtda əsas məsələ əsgərlərin imanının möhkəmləndirilməsidir. Əsgər-zabir münasibətlərinə peşəkar yanaşma tərzi olmalıdır. Orduya müxtəlif ailələrdən fərqli psixologiyaya malik gənclər cəlb olunur. Onların təfəkkürünü bir nöqtədə cəmləmək lazımdır.”

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı