Azərbaycan İdeyası

Bakıdakı marşrut avtobuslarına nəzarət gücləndirilir

Tarix:20-10-2015, 11:44
Baxış Sayı:345

Bakıda marşrurut avtobuslarına yeni GPS trekerlər quraşdırılacaq
"Korrupsiya və Qanun" qəzetinin fikrinə istinadən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) “APA-Economics”ə verilən məlumata görə, GPS treker adlanan telematik blok nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı, avadanlığın vəziyyəti (mühərrik işə salınıb, qapı açıq qalıb və s.) barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürür. Xüsusilə, sürücülük qabiliyyətinə nəzarət sistemi yolda baş vermiş pozuntular (kobud sürücülük, sürət həddinin aşması və s.) haqqında məlumatı toplayır və işçi heyətinin fəaliyyətinin qiymətləndirilməsi sisteminə göndərir. Həmin sistemin köməyi ilə dispetçer istənilən müddət ərzində və müxtəlif səfərlər üzrə sürücülük qabiliyyətinin dəqiq qiymətləndirilməsinə nəzarət edə bilər.
Bort avadanlıqlarından fərqli olaraq yeni quraşdırılacaq GPS-lər sürücülərin əllə müdaxilə edə bilməyəcəyi hissələrdə (avtobusda) quraşdırılacaq. İstənilən kənar müdaxilə barəsində (avadanlığın söndürülməsi, zədələnməsi və s.) məlumat NİİM-in proqram təminatında dərhal əks olunacaq. Mühərrik işlək vəziyyətdə olsa belə, avadanlıq 4 gün ərzində fasiləsiz məlumatlar (avtobusun sonuncu dəfə olduğu yer barədə) ötürə bilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı