Azərbaycan İdeyası

Ali məktəblərdə "Bədən tərbiyəsi" fənni ləğv edildi

Tarix:6-03-2015, 16:45
Baxış Sayı:492

Təhsil naziri: “Məhdud müddət ərzində ali təhsil səviyyəsində bədən tərbiyəsinin bağlantısını görmürük”

“Bu gün tələbələrlə iş, xüsusilə tərbiyə işi, onların asudə vaxtlarının təşkili və bir vətəndaş kimi formalaşmasında ali təhsil sisteminin rolu əvəzsizdir”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunmuş tədris binasının açılış mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu gün tələbələrlə işin qurulması əvvəlki dövrlə müqayisədə xeyli çətinləşib: “Çünki hər bir tələbə, o cümlədən insanlar üçün rəqabət yüksəlib, amma vaxt daralıb. Düşünürəm ki, bu istiqamətdə bir çox təcrübələrə baxa bilərik. Ali təhsil müəssisələrində maraqlar üzrə istiqamətlər inkişaf etdirilməlidir".

Nazir qeyd edib ki, ali təhsil proqramlarından "Bədən tərbiyəsi" fənni çıxarılıb: "Biz düşünmürük ki, bədən tərbiyəsi ali təhsil sistemi üçün əhəmiyyətli deyil. Әslində bu o dərəcədə əhəmiyyətlidir ki, ali təhsil sistemində biz onun real inkişafı və dəstəklənməsi üçün yeni alətlər verməyə hazırıq. Lakin ali təhsil sisteminin ixtisaslarında məhdud müddət ərzində hüquqşünas, memar və ya maliyyəçi olmaq üçün ali təhsil səviyyəsində bədən tərbiyəsinin bağlantısını görmürük. Biz görürük ki, tələbələrin bir qismi güləşlə, futbolla maraqlana, bir qismi isə oxu zallarından zövq ala bilər".

M.Cabbarov deyib ki, missiya peşəkarın hazırlanması ilə yekunlaşa bilməz. Onun sözlərinə görə, nazirlik bu istiqamətdə fəaliyyətin dəstəklənməsi üçün təklifləri qəbul etməyə və dəstəkləməyə hazırdır: “Mən səmimi olaraq inanıram ki, biz tələbələrlə ali təhsil sistemində daha faydalı və fəal şəkildə işləyə bilərik”.

OXŞAR XƏBƏRLƏR
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı
Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib - FOTO
Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib - FOTO
Ərdoğandan sərt xəbərdarlıq: Bazarın sabitliyini pozanlar məsuliyyət daşıyacaqlar
Ərdoğandan sərt xəbərdarlıq: Bazarın sabitliyini pozanlar məsuliyyət daşıyacaqlar
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Rəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
Rəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi