Azərbaycan İdeyası

XİN və “Qaçqınkom” xarici jurnalistləri Cocuq Mərcanlıya apardı

Tarix:7-02-2017, 14:59
Baxış Sayı:521

   XİN və “Qaçqınkom” xarici jurnalistləri Cocuq Mərcanlıya apardı

Bu gün Azərbaycanda akkreditə olunmuş bir qrup xarici Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya verdiyi məlumata görə, səfər prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamdan irəli gələrək Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub.
Səfərdə “Associated Press, “Reuters” agentlikləri, Türkiyənin TRT kanalı, "Anadolu" xəbər agentliyi, İranın Azərbaycanda fəaliyyət göstərən media qurumları, Rusiyanın mətbuat orqanları, o cümlədən “RiA Novosti”, “İnterfax” və digər KİV nümayəndələri olmaqla, 25 -30 nəfər iştirak edir. Səfər çərçivəsində onlar Cocuq Mərcanlıda aparılan minalardan təmizlənmə fəaliyyəti ilə tanış olacaqlar, planlaşdırılan və görülən işlər barədə məlumat alacaqlar.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı