Azərbaycan İdeyası

TƏQSİRLƏNDİRİLƏNLƏ ZƏRƏRÇƏKƏNİ AYIRD EDƏ BİLMƏYƏN MÜSTƏNTİQLƏR

Tarix:26-01-2018, 12:49
Baxış Sayı:397




Bir çox müstəntiqlərin elementar hüquqi biliklərinin olmaması, araşdırmaların səthi aparılması və s. bu kimi məsələlər doğrudan da təəccüb yaradır. Ən ciddi problemlərdən biri də istintaq prosesində müstəntiqlərin həmişə ağır ittiham tərəfini önə çəkməsidir. Bu da Cinayət Prosessual Məcəllədə müəyyən olunmuş qaydalardan irəli gəlir. Əgər müstəntiqin məhkəməyə təqdim etdiyi cinayət işi üzrə ittiham məhkəmədə ağırlaşarsa, həmin cinayət işi yenidən istintaq olunmaq üçün geri qaytarılır. Bu isə müstəntiq üçün mənfi rəyin formalaşmasına, onun barəsində xüsusi qərar çıxarılmasına səbəb olur. Təbii ki, heç bir müstəntiq barəsində xüsusi qərarın çıxarılmasını istəməz. Buna görə də müstəntiqlər həmişə ağır ittiham tərəfini tuturlar ki, məhkəmədə ittiham ağırlaşası olmasın. Ola bilər ki, məhkəmənin qərarı ilə ittiham daha yüngül maddəyə tövsif olunsun. Lakin bu, müstəntiq üçün heç bir problem yaratmayacaq. Məhz qanunvericiliyin bu tələbinə görə müstəntiqlər ağır ittiham tərəfini tuturlar. Bu da təbii ki, insan hüquqlarının tələblərinə ziddir. Birdən elə olur ki, məhkəmə əsassız ağır ittihamı yüngül maddəyə tövsif etmir və nəticədə vətəndaş əsassız olaraq ağır cəzaya məhkum olunur.
İlk növbədə qeyd etməliyik ki, müstəntiqin həyata keçirdiyi istintaq prosesində vətəndaşlar müxtəlif cinayət prosessual statuslarda iştirak edirlər. Bunlara aiddir: təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid və s. Ən çox narazılıq təqsirləndirilən və zərərçəkmiş şəxslər tərəfindən edilir. Bu narazılıqlar da təbii qarşılanmalıdır. Təcrübə də göstərir ki, çox az qisim insan cəlb olunduğu məsuliyyətlə razılaşır. Lakin bəzən onların haqlı narazılığı da olur. Məsələn, müstəntiq təqsirləndirilən şəxsə qarşı qərəzli mövqe tutaraq onun barəsində istintaqı obyektiv aparmırsa, ona əsassız ittiham verərək onu qanunsuz tutursa, bu zaman müstəntiqə verilən hansısa qanunsuz göstərişin mövcudluğundan danışa bilərik. Yox əgər, müstəntiq cinayət törədən şəxsi məsuliyyətdən kənarda saxlayırsa, yaxud onun əməlini əsassız olaraq yüngül maddə ilə tövsif edirsə, təbii ki, bu, zərərşəkmiş şəxsin narazılığına səbəb olacaqdır və bu halda müstəntiqin korrupsiya maraqlarının olmasını daha çox ehtimal edə bilərik.
Cinayət Prosessual Məcəlləyə görə, müstəntiq qərar qəbul edərkən qanunvericiliyin tələblərini, prokurorun göstərişini və öz daxili inamını əsas tutmalıdır. Lakin təcrübə göstərir ki, müstəntiqlər prokurorun qanuni, yaxud qanunsuz olmasından asılı olmayaraq göstərişlərini əsas tuturlar. Bu da təbiidir. Çünki müstəntiqlər ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tabedirlər. Yəni hər an müstəntiqlər prokurorların nəzarətindədirlər. Prokurorun müstəntiqin fəaliyyətindən təqdimat vermək hüququ var. Həmin təqdimat da təbii ki, müstəntiqin cəzalandırılmasına səbəb olur. Buna görə də müstəntiqlər müstəqil qərar qəbul etməkdə çətinlik çəkirlər.
Füzuli rayonu Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində məskunlaşmış məcburi köçkün Hacıyev Şahin Vahid oğlu redaksiyamıza müraciət edərək 2015-ci ilin yay aylarında Sumqayıt şəhər sakinləri Seyran Şıxalıyev və Eldar Məhərrəmov tərəfindən aldadıldığını bildirmişdir. Adları göstərilən şəxslər vəd ediblər ki, hərbçi adına 4 faizlik kreditlə ipoteka yolu ilə ev alıb mülki etibarnamə ilə ona satacaqlar. Bütün bank ödənişlərini ödəmək şərti ilə 15000 manat pulunu alıb. Sonradan Ş.Hacıyev işin uzandığını görüb verdiyi pulu geri istəyib. 2015-ci ilin oktyabr ayında onlar 4500 manat və 500 manat dəyərində qızıl zinət əşyasını qaytarıblar. Söz veriblər ki, borcun qalan hissəsini 2016-cı ilin ilk aylarında ödəyəcəklər.
10.03.2016-cı il tarixdə E. Məhərrəmov Sumqayıt Polis İdarəsinə və Baş Prokurorluğa şikayət yazaraq Ş.Hacıyevi və S.Şıxəliyevi əlbir olmaqda, onun 25000 manat pulunu alıb aldatmaqda suçlayıb. Hacıyev yazır ki, iş əvvəlcə müstəntiq Bəhruz Musayevdə olub, sonra Sərdar Alıbəylinin icraatına ötürülüb: "Sərdar Alıbəyli işi qeyri-qanuni apararaq məni 08.08.2016-cı il tarixdə həbs etdi, sonra ailə üzvlərimdən 4500 manat rüşvət alıb 10.08.2016-cı il tarixdə məni polis nəzarətinə verdi. O vaxtdan Sumqayıt şəhər prokurorluğuna və Baş prokurorluğa çoxsaylı məktublar yazdım. Maraqlıdır ki, həmin məktublara cəmi bir-iki dəfə qısa bildiriş xarakterli cavablar yazılıb. Yenidən üzləşmə aparan təzə müstəntiq Rafiq Qənbərov 01.04.2016-cı ildə işə xitam verdi. 04.04.2016-cı il tarixdə həmin insanlar prokurorun xidməti maşınını daş-qalaq etdilər. Daha əvvəl, 05.09.2015-ci il tarixdə E. Məhərrəmov məni polis idarəsinin qarşısında 3 nəfərlə döymüşdür. Lakin Eldarın adı tək göstərildi və məhkəmədə 1 illik islah işləri ilə cəzalandırıldı. Həmin cinayət işinin xitamı ləğv olundu, sonradan 29.06.2016-cı ildə bu dəfə müstəntiq Namiq Həsənov tərəfindən yenidən xitam qərarı verildi. Mənim israrlı tələblərimdən sonra guya müstəntiq S. Alıbəylinin əməllərini araşdıran Sumqayıt prokurorluğu 07.11.2016-cı ildə qərar çıxardı ki, bəs o, rüşvət almayıb. Rüşvəti ona əlbəəl ödəmiş olan bacım və həyat yoldaşımın ifadəsini isə qəribədir ki, qərardan iki ay sonra - 10.01.2017-ci il tarixdə alıblar..."
Müstəntiq vəzifəsi ən çətin peşələrdən biridir. Müstəntiq olmaq üçün hüquqşünaslardan yüksək intellekt, hüquqi biliklər, xüsusi tədqiqat aparmaq bacarığı tələb edilir. Və hansısa müstəntiqdə qənaətbəxş hüquqi biliklərin olmaması, onun onsuz da gərgin olan iş rejimini ağırlaşdırır, bu da onun həmin vəzifədən uzaqlaşmasına səbəb olur.


Ceyhun Xıdıroğlu

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
3 gün ardıcıl iş olmayacaq.
3 gün ardıcıl iş olmayacaq.
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı