Azərbaycan İdeyası

“Ağdamlı Dəmir” həbs xəbərindən danışdı

Tarix:5-11-2015, 15:10
Baxış Sayı:339

"Məni heç kim heç bir yerə sorğu-suala çağırmayıb, heç bir istintaqa cəlb olunmamışam. Hazırda da öz işimin başındayam".
"Korrupsiya və Qanun" qəzetinin məlumatına görə “Qafqazinfo” xəbər verir ki, bunu "Report"a "Ağdamlı Dəmir" kimi tanınan iş adamı Dəmir Abdullayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılması haqda mətbuatda yayılan xəbərlərə aydınlıq gətirərək bildirib. "Bu xarakterli təsdiqlənməmiş məlumatlar mənim şəxsi biznesimə xələl gətirə bilər. Müxtəlif müştərilərim yanında olan etibarıma zərər vura bilər", - iş adamı bildirib.
O qeyd edib ki, Bakıdan yalnız bir neçə gün qabaq Gəncə şəhərində yas mərasimində iştirak etmək üçün ayrılıb.
Qeyd edək ki, bu gün bir sıra KİV-lər avtomobil salonları biznesi olan Dəmir Abdullayevin ötən həftə saxlanıldığı ilə bağlı xəbərlər yayımlayıblar. Onun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın münasibətləri olduğu qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı