Azərbaycan İdeyası

Azərbaycanlı iş adamı Belarusdan deportasiya edildi

Tarix:24-07-2019, 15:30
Baxış Sayı:214

KORRUPSİYA-Q.AZ

Belarusun Qrodno şəhərində fəaliyyət göstərən özəl şirkətin direkoru olan Azərbaycan vətəndaşı miqrasiya qanunvericiliyini pozduğuna görə ölkədən deportasiya edilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Qrodno rayonu ərazisində, şirkəti isə Qrodno şəhərində qeydiyyatdan keçib. Xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanları azərbaycanlının əslində yaşadığı Vitebsk vilayətində bizneslə məşğul olduğunu müəyyən edib.

Həmvətənimiz daha əvvəl də oxşar pozuntulara görə inzibati məsuliyyətə cəlb olunduğundan bu dəfə onun Belarusdan deportasiya edilməsi və ölkəyə girişinə 6 ay müddətinə qadağa qoyulması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Belarusda əcnəbi vətəndaşlar qeydiyyatda olduğu yerdə yaşamalıdırlar.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı