Azərbaycan İdeyası

İNDİ GÖRƏN TANIMAZ, ƏZƏL GÖRƏN AĞLASIN...

Tarix:3-08-2024, 11:07
Baxış Sayı:144



“Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı” – deyirlər. Ancaq əksər qeyrətli, ailəcanlı, zəhmətkeş Azərbaycan kişiləri canlarını işə satıb, sağlamlıqlarını doğmalarının rifahı üçün əridib, həkimə yalnız iş-işdən keçəndən sonra, təcili yardım maşınında getdikləri kimi, Akif də qərib ölkəyə gəzməyə yox, əyləncəyə deyil, dolanışıq dalınca getmişdi. Əzizləri onun qazancının bərəkəti hesabına bu zalım dünyanın çətinliklərinə qarşı dura bilirdi.
Dostlarının qəlbinə fərəh, düşmənlərə göz dağı verən oğul idi Akif. Həm də vətənpərvər idi. Dünyanın harasında olur-olsun, Azərbaycanı, Azərbaycançılığı təbliğ edər, soydaşlarımızın sevincinə - kədərinə şərik çıxar, milli kimliyi ilə fəxr edərdi.
Vətəndə ölməsə də, Vətəndə dəfn olundu, cismi Vətən torpağına qarışdı.
Bacısı Arifəyə təsəlli verməyə söz tapa bilmirəm. Dörd ay öncə böyük qardaşı Aydın, indi də digər qardaşı Akif haqq dünyasına qovuşdular. Allah hər ikisinə rəhmət eləsin, məzarları nurla dolsun. Ocaqlarının istisinə qızınan gəncləri, yeniyetmələri, uşaqları min budaq olsunlar.
“Korrupsiya və Qanun” qəzetinin baş redaktoru Xuraman Əhlimanqızı Quliyeva rəfiqəsi Arifə xanıma, qardaşı
Akif Ağayevin
vaxtsız vəfatı ilə əlaqədar kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı