Azərbaycan İdeyası

CİNAYƏT TƏQİBİ ORQANI ƏSAS ŞAHİDİ DİNDİRMƏYİB

Tarix:3-04-2017, 09:42
Baxış Sayı:333



Sadiq oxucularımız xatırlayarlar, qəzetimizin 2016-cı il noyabr nəşrində "Azərbaycanlılar da türk iş adamları tərəfindən aldadılırlar" sərlövhəli məqalə dərc olunmuşdu. Sumqayıt şəhər sakini, II qrup Qarabağ əlili Rəşidov Azər Nəriman oğlunun redaksiyamıza müraciəti əsasında hazırlanmış həmin məqalədə haqqında bəhs olunan uğursuz biznes ortaqlığı ilə bağlı təfərrüatlara rəsmi müraciət etdiyimiz Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin də diqqətini yönəltməyə çalışmışdıq. İdarədən redaksiyamıza göndərilmiş 01.03.2017-ci il tarixli məktubla bildirilmişdir ki, Şirin Vüqar Arif oğlu və Rəşidov Azər Nəriman oğlunun müracətlərinə baxılmışdır: "Araşdırma zamanı müəyyən edilmişdir ki, "İmpuls" MMC-nin direktoru Vüqar Şirin məişətdə istifadə edilən kimyəvi məhsulların Gürcüstanın Marneuli şəhərində satışını həyata keçirmək üçün 14.03.2016-cı il tarixdə "Ezel Taşımaçılığı Ululararası Lojistik Ticaret Limited" şirkətinin sahibi Çoşkun Bədirli ilə Türkiyə Respublikasında 100000 ABŞ dolları məbləğində müqavilə bağlamışdır. Vüqar Şirin ilkin olaraq 14800 ABŞ dolları həcmində kimyəvi məhsulları Marneuli şəhərinə gətirərək satmış, 06.04.2016-cı il tarixdə isə sifariş etdiyi 18800 ABŞ dolları məbləğində məhsul Coşkun Bədirli tərəfindən göndərilmədiyinə görə 14.05.2016-cı il tarixdə Türkiyə Respublikası Karşıyaka Polis Mərkəzinə müraciət edərək məhkəmə tərəfindən Çoşkun Bədirlinin əmlaklarının üzərinə həbs qoyulmuş və hazırda həmin mülki işə məhkəmədə baxılır". Çox maraqlıdır, redaksiyamıza müraciət etmiş vətəndaşlardan Vüqar bəy öz ərizəsinə Türkiyədə Qarşıyaxa Polis Mərkəzi Əmirliyinə verdiyi şikayət məzmunlu ifadəsinin surətini də qoşma etmişdi. Və DİN-nin BMCMİ-nin "müəyyən" etdiyi məqamlar elə həmin ifadədə də öz əksini tapmışdı. Belə çıxır ki, BMCMİ türk polisi tərəfindən Anadolu türkcəsində tərtib olunmuş həmin ifadəni bizim başa düşmədiyimiz qənaətinə gələrək, onu azəri türkcəsinə çevirmiş və bununla da öz üzərinə düşən işi bitmiş hesab etmişdir. Amma əlbəttə ki, şikayətçilər BMCMİ-nin bu "araşdırması" ilə qane olmurlar. Təkcə ona görə yox ki, hələ də pulları özlərinə qaytarılmayıb. Həm də ona görə ki, bu məsələnin ictimailəşdirilməsinin zəruriliyinə əsas hesab etdikləri bir xüsusat Baş İdarə tərəfindən araşdırılmayıb. Axı onları dələduzlara ürcah edən digər türk iş adamı Müzəffər Köyügöy adlı şəxs hal-hazırda da Azərbaycanda sahibkarlıqla məşğuldur və onun daha başqa Azərbaycan vətəndaşlarını aldatmayacağına zəmanət yoxdur. İdarədən bizə yazılmış məktubda M. Köyügöyün adı çəkilməyib. Halbuki, İdarə onun axtarılmasını, tapılıb ən azından şahid qismində dindirilməsini, Azərbaycanda əlyetən olmadığı təqdirdə Türkiyəyə sorğu göndərilməsini məqsədəuyğun saymalıydı. Azmı olur ki, cinayət təqibi orqanının şahid statusunda təhqiqata, istintaqa cəlb etdiyi şəxsin üzərinə şübhələr düşür, onun cinayətdə iştirak etdiyi, yaxud, cinayətin törənəcəyini əvvəlcədən bilib xəbər vermədiyi müəyyənləşir? Baş İdarənin M. Köyügöyü "unutması" həqiqətən də başa düşülən deyil.


Ceyhun Xıdıroğlu [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO