Azərbaycan İdeyası

TƏHSİL NAZİRLİYİ ETİK DAVRANIŞ KODEKSİNİ POZAN MÜƏLLİM CÜTLÜYÜNÜN ƏMƏLLƏRİNƏ QİYMƏT VERMƏKDƏN NİYƏ ÇƏKİNİR?

Tarix:4-02-2020, 11:28
Baxış Sayı:216

Sadiq oxucularımız yəqin ki xatırlayarlar, “Korrupsiya və Qanun” qəzetinin internet səhifəsi olan “korrupsiya-q.az” saytında “Müəllim cütlüyünün əcaib xobbisi - torpaq satdığı adamları aldatmaqla məşğuldurlar” sərlövhəli məqalə dərc olunmuşdu. Həmin məqalədə ehtiva olunan məsələləri nəzarətə götürülməsi, araşdırılmasının təmin edilməsi və nəticə barədə redaksiyamızı məlumatlandırılması xahişi ilə Baş prokurorluğa və Təhsil Nazirliyinə müraciət ünvanlamışdıq.
Oxucularımız sırasına yeni qatılanlara məlum edirik ki, Şirvan şəhər sakinləri Əhmədov Dilqəm Aydın oğlunun və Xankişiyev Baxış Ramiz oğlunun redaksiyamıza müraciətləri əsasında hazırlanmış həmin məqalənin qayəsini təşkil edən ərizədə həmşəhərliləri Poladxan və Xatun adlı cütlükdən şikayət edilirdi. Müraciət müəllifi bildirirdi ki, hər ikisi Şirvan Dövlət İqtisadiyat və Humanitar Kollecində müəllim işləyən həmin şəxslərdən 9000 (doqquz min) manata razılaşdığı torpaq sahəsini almaq üçün qabaqcadan 300 (üç üz) manat beh verib. D.Əhmədov azır ki, sonradan işləri düz gətirmədii üçün əlində yalnız 5000 (beş min) manat pulu qalıb. Onlara təklif edib ki, verdiyi beh hallalları olsun, torpağı almağa gücü çatmır. Amma Poladxan müəllim təklif edib ki, əlində olan 5000 manat pulu ona versin, qalanını hissəni isə aylara bölüb hissə-hissə ödəyər. Dilqəm ona inanıb və pulu verib, qalanını da hər ay 200-250 manat olmaqla ödəməyə başlayıb. Ödənişin tam bitməsinə 1000 (bir min) manat qalmış Dilqəmin yenə işi düyünə düşüb: qardaşı xəstələndiyindən üstünə düşən ailə yükü artıb. Poladxan müəllimlə danışıb məsələni bir yola qoymaq üçün məsləhətləşmək istədiyini deyidi. Poladxan müəllim də deyib ki, ödəyə bilmirsə, torpağı özü satıb ondan aldığı pulu, əni, 8000 (səkkiz min) manatı qaytarar. Dilqəm onunla razılaşıb, amma bu ilin fevral ayından puldan xəbər-ətər yoxdur.
D.Əhmədov bildirirdi ki, Poladxan müəllim həmin torpağı daha əvvəl Şirvan şəhər sakini Baxış adlı şəxsə də satıbmış, ondan da aldığı pulu qaytarmır. Həmin məlumata əsasən, apardığlımız araşdırma əsasında Şirvan şəhər sakini Xankişiyev Baxış Ramiz oğlu ilə əlaqə saxladıq. O da öz növbəsində redaksiyamıza ərizə ilə müraciət edərək bildirdi ki, müəllim işləyən həmin şəxslərdən torpaq almaq üçün 400 (dörd yüz) manat beh verib. Daha sonra anası Xankişiyeva Həkimə də 200 (iki yüz) manat ödəyib. Torpağı alma üçün satlığa çıxardıqları evə münasib müştəri tapılmadığından, torpağın pulunu gecikdiriblər. Poladxan müəllim də Baxışa 6000 (altı min) manata satmaq istədiyi torpağı sonradan 9000 (doqquz min) manata başqasına, yəni, Dilqəmə satmaq istəyib. Artıq həmin vaxtdan iki il keçib, belə çıxır ki, ər-arvad müəllimlər eyni torpaq sahəsini başqa-başqa şəxslərə satmaq adı ilə hərədən bir az beh alaraq hamını yola verirlər. Ödənişin gecikdirilməsi onlara bir növ bəhanə verib.
Hər iki şikayətçi müraciətlərində ehtiva olunan məsələləri ictimailəşdirməyi, aidiyyati qurumların diqqətinə çatdırmağı redaksiyadan xahiş etmişdilər.
Məktubla müraciət etdiyimiz instansiyalardan birindən – Təhsil Nazirliyindən redaksiyamıza 2020-ci il 10 yanvar tarixli məktub gəlib. Məktuba imza atmış vəzifəli şəxs – nazirin müşaviri, İnformasia şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən cənab Elnur Məmmədov bildirmişdir ki, qeyd olunan məsələnin araşdırılması Təhsil Nazirliyinin səlahiətləri xaricindədir.
Bəli, hüquq müstəvisində arşdırmadan söhbət gedirsə, Nazirliyin cavabı qaneedicidir. Amma məsələ burasındadır ki, problemə Müəllimlərin Etik Davranış Kodeksi prizmasından yanaşanda Təhsil Nazirliyi münasibət bildirməliydi. Axı sözügedən məqalənin elə giriş hissəsində Kodeksin 5-ci maddəsinin (Müəllim və cəmiyyət) altını cızmışdıq:
“Müəllim hər zaman cəmiyyətə fayda verməyə çalışmalıdır. Yalnız peşə fəaliyyətini həyata keçirərkən deyil, bütün hallarda münaqişələrə və yersiz mübahisələrə yol verməməli, problemlərin həllinə, münaqişələrin qarşısını almağa çalışmalıdır. Müəllim vətəndaşlıq borcunu dərk etməli və yerinə yetirməli, cəmiyyət üzvləri ilə münasibətlər qurarkən öz şəxsiyyətini qorumalı və mənfi təsir altına düşməməlidir”.
Belə görünür ki, Təhsil Nazirliyi Etik Davranış Kodeksini pozan müəllim cütlüyünün əməllərinə qiymət verməkdən çəkinir? Görək, baş prokurorluğun cavabı nə olacaq!

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO