Azərbaycan İdeyası

TƏHQIQAT APARMADI, CINAYƏT IŞININ BAŞLANILMASINI RƏDD ETDI

Tarix:25-02-2020, 09:53
Baxış Sayı:181

Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 115, mənzil 4 ünvanda yaşayan vətəndaş Əhmədova Cavahir Cahangir qızı da ötən 2019-cu ildə şikayətinin müsbət həllinə nail ola bilmədi. Vətəndaş Əhmədova 20.11.2019-cu il tarixdə “Korrupsiya və Qanun” qəzetinin redaksiyasına müraciət edərək bildirmişdi ki, 2015-ci ildə dünyasını dəyişən həyat yoldaşı Əfsər Əhmədovun dostu Vasif Kərimov onun yaşadığı evə gələrək ona və oğlu Samirə təqaüd düzəldəcəyini bildirmiş və müxtəlif vaxtlarda həmin ünvanda ondan ümumilikdə 3000 manat pul almışdır. Lakin, V.Kərimov verdiyi vədə əməl etməyərək ondan almış olduğu pulu geri qaytarmamış və mənimsəmişdir.
Həmin müraciət əsasında “Korrupsiya və Qanun" qəzetinin 20 noyabr 2019-cu il tarixli 05 (74)-ci nəşrində 7-ci səhifəsində "Mərhum dostunun arvadının etibarından sui-istifadə edib" sərlövhəli məqalə dərc olunmuş və qəzetin nüsxələri tərəfimizdən müşayiətedici məktublarla Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z. Qaralova və Daxili İşlər naziri cənab V. Eyvazova göndərilmişdi. Göndərdiyimiz məktublarda ümid ifadə etmişdik ki, məqalədə barəsində söz açılan məsələlər hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılacaq və nəticə barədə redaksiyanın məlumatlandırılması təmin ediləcək.
İndi isə gəlin görək məktublarımızda və məqalədə, ən əsası isə vətəndaşın şikayətində ehtiva olunan məsələlər hüquq-mqhafizə orqanları tərəfindən necə araşdırılıb:
Baş Prokurorluq vətəndaş Əhmədovanın müraciətini baxılması üçün 09.12.2019-cu il tarixli məktubla Bakı şəhər prokurorunun müavininə göndərmişdir.
Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi 10.01.2020-ci il tarixli məktubu ilə vətəndaş Əhmədovaya bildirmişdir ki, onun müraciəti Yasamal Rayon Polis İdarəsində araşdırması aparılan materiala əlavə edilib baxılması üçün həmin idarəyə göndərilmişdir və nəticə barədə araşdırma aparan orqan tərəfindən müraciət müəllifinə əlavə məlumat veriləcəkdir.
Yasamal RPİ-nin 27-ci Polis Bölməsi 19.01.2020 – ci il tarixli məktubu ilə vətəndaş Əhmədovaya məlumat vermişdir ki, PB-nin apardığı araşdırma ilə göstərilən faktda cinayət hadisəsi müəyən olunmadığından, fakt üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
Qərarda qeyd olunur ki, Vasif Kərimov adlı şəxsin yerinin müəyyən edilərək PB-nə gətirilməsi üçün aidiyyati əməkdaşa tapşırıq verilmiş, lakin təhqiqat müddəti ərzində tapşırığa müsbət cavab almaq mümkün olmamışdır. Beləliklə, Əhmədovanın ərizəsi əsasında aparılan araşdırma zamanı Vasif Kərimovun yerinin müəyyən edilərək izahatının alınmadığı üçün əmələ hüquqi qiymət vermək mümkün olmamış və bu səbəbdən də əməldə cinayət hadisəsi müəyən edimədiyindən, cinayət işinin başlanılması rədd edilmişdir.
Gəlin görək, Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Abdullayev Nicat Mirsalik oğlu təhqiqat müddəti ərzində icraatında olan vətəndaş Əhmədova Cavahir Cahangir qızının müraciəti əsasında toplanmış materiallı araşdırarkən nə edib: Qərarda yazır ki, “Vətəndaş Əhmədova Cavahir Cahangir qızının izahatını almaq üçün (050)552... mobil nömrə ilə əlaqə saxlayıb PB-nə dəvət etsəm də, həmin şəxs özünü “Korrupsiya və Qanun” qəzetinin baş redaktoru kimi təqdim edərək vətəndaş Əhmədova ilə birlikdə PB-nə yaxınlaşaraq izahat yazacağını bildirmişdir”(?)
Qəribədir, jurnalist olaraq kargüzarlıq qaydaları haqda az-çox bilgimiz var. Heç vaxt şikayətçinin əvəzinə polisə öz nömrəmizi vermirik. Qəzetin firma blankında baş redaktorun telefon nömrəsi olur. Göndərdiyimiz məktublar da məhz blankda yığılır. Odur ki, təhqiqatçı zəng etdiyi nömrənin məhz redaksiya rəhbərliyinə mənsub olduğunu yaxşı bilirdi. Üstəgəl, telefon danışığında ona şikayətçinin özünün telefon nömrəsini vermişdik. Bundan əlavə, şikayətçi müraciətində yaşadığı ünvanı səhih yazıb və həmin ünvan məqalədə qeyd olunub. Cinayət barəsində məlumat verən şikayətçi ilə telefon əlaqəsi saxlaya bilməmək hələ o cinayətin baş verməməsi nəticəsinə gəlməyə əsas vermir. Üstəgəl, barəsində şikayət olunan şəxsin də axtarılması istiqamətində heç bir tədbir görülməyib. Razılaşaq ki, bu, təhqiqat aparmaq deyildir.
Düşünürük ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorluğu bu sadaladığımız nüansları nəzərə alacaq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb