Azərbaycan İdeyası

FÜZULI RAYONUNDA IRI SAHIBKAR ALI ALIYEV KIÇIK SAHIBKARLARA MANE OLUR

Tarix:24-09-2020, 14:03
Baxış Sayı:923



“Korrupsiya və Qanun” qəzetinin 6 may 2020-ci il tarixli 03(77)-ci nəşrində “Füzulidə KOB düşməni kimdir” sual başlıqlı məqalə dərc etmişdik və möhtərəm Prezidentimiz İlham Əliyevin “Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin” nidasını manşetə çıxarmışdıq.
İxtisasca əczaçı olan, fiziki şəxs kimi vergi ödəyicisi qeydiyyatına alınaraq öz doğma Füzuli rayonunun Əhmədbəyli kəndində 7 ildir aptekçi kimi fəaliyyət göstərən Quliyev Sənan Filman oğlunun problemi ondan ibarət idi ki, 15 yanvar 2019-cu il tarixdə fəaliyyəti dayandırılmış aptekə lisenziya almaq üçün aptek binasına Dövlət Reyestr Xidməti (DƏDRX-red.) tərəfindən verilməli olan şəhadətnamə (kupça) tələb olunur. Aptek binasının yerləşdiyi torpaq sahəsi DƏDRX tərəfindən verilmiş şəhadətnaməyə (kupça) əsasən S.Quliyevə məxsus olsa da, həmin torpaq sahəsi üzərində şəxsi vəsaitim hesabına xırda aptek binası inşa etdirsə də, şəhadətnamə almaq üçün Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev nədənsə, heç bir əsaslı səbəb göstərmədən sərəncam vernəkdən imtina edir. S.Quliyev həmçinin qeyd etmişdi ki, bu prosesdə Fövqəladə Hallar Nazirliyinin yekun rəyi də nəzərə alınır.
Vətəndaş S.Quliyev redaksiyaya həmin məsələ ilə bağlı digər təfərrüatları da təqdim etmişdir. Belə ki, vətəndaş S.Quliyev Füzuli rayon prokurorluğundan çox qəribə məktub almışdır. Əsli Füzuli Rayon İcra Hakimiyyətinin başçısına, surəti isə vətəndaş S.Quliyevə göndərilən həmin məktubda anlaşılması heç də asan olmayan bir cümlə yer almışdır: “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin qəbulunda olmaq istəməsi barədə Füzuli rayonunun Əhmədbəyli kənd sakini Quliyev Sənan Filman oğlunun Füzuli rayon İcra Hakimiyyətindən Füzuli raon prokurorluğuna müraciəti daxil olmuşdur. S.F.Quliyevin müraciəti şəxsi qəbulla bağlı olduğu üçün baxılmadan Sizə qaytarılır”.
Birinci məsələ: Nəyə görə RİH vətəndaş Quliyevin müraciətini prokurora göndərib? İkinci: Rayon prokuroru vətəndaşı çağırıb dinləməmiş, probleminin nədən ibarət olduğunu soruşmamışdır. Çünki yaxşı bilir ki, RİH başçısı Alı Alıyevi öz birbaşa vəzifəsini icra etməyə məcbur edə bilməyəcəkdir. Buradan belə nəticə hasil olur ki, başçıları həbs olunan rayonların hüquq-mühafizə orqanlarının rəhbərlərinin də məsuliyyətə cəlb edilməsini tələb edənlər haqlıdırlar.
Ölkə başçısına, baş prokurora, daxili işlər nazirinə, dövlət təhlükəsizlik xidməti rəisinə ünvanladığı video-müraciətində vətəndaş S.Quliyev aptekin Səhiyyə Nazirliyinin standartlarına cavab verən şəraitini əks etdirən görüntüləri təqdim etmiş və haqlı sual səsləndirmişdir: “Alı Alıyev niyə özü qeyri-qanuni iri sahibkarlıqla məşğul ola bilir, mənə qanuni kiçik sahibkarlıqla məşğul olmağa imkan vermir? Özünun ferması, yaxınlarının adına tikilmiş obyektləri... Harda nələri var, hamısını sübut eləyə bilərəm”.


Korrupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
“Xalq” və “Respublika” birləşdi, “Bakinski raboçi” yenidən quruldu - SƏRƏNCAM
“Xalq” və “Respublika” birləşdi, “Bakinski raboçi” yenidən quruldu - SƏRƏNCAM
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması işləri müzakirə edildi
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması işləri müzakirə edildi
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - RƏSMİ
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - RƏSMİ
Trampın Ukrayna gedişi: ABŞ ilə Rusiyanın bal ayı bitir
Trampın Ukrayna gedişi: ABŞ ilə Rusiyanın bal ayı bitir
Rəqəmlərlə mübarizə: Riyaziyyatı niyə sevmirik? - Nəticələrin aşağı olmasının SƏBƏBLƏRİ
Rəqəmlərlə mübarizə: Riyaziyyatı niyə sevmirik? - Nəticələrin aşağı olmasının SƏBƏBLƏRİ
Tramp: "Putin Ukraynaya girsə, Moskvanı bombalayacam"
Tramp: "Putin Ukraynaya girsə, Moskvanı bombalayacam"
Tramp təsdiqlədi: Ukraynaya silah tədarükü bərpa edildi
Tramp təsdiqlədi: Ukraynaya silah tədarükü bərpa edildi
Şagirdlərin attestat balı aşağı, buraxılış imtahanının nəticələri yüksək: Nə baş verir? + VİDEO.
Şagirdlərin attestat balı aşağı, buraxılış imtahanının nəticələri yüksək: Nə baş verir? + VİDEO.