Azərbaycan İdeyası

“QAÇQINKOM” QARDAŞI QARDAŞA DÜŞMƏN ELƏYİR

Tarix:24-09-2020, 14:06
Baxış Sayı:1 098

Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, Memarlıq və İnşaat Universitetinin yataqxanasında məskunlaşmış məcburi köçkün, 2-ci qrup əlil Nağıyev Faiq Şəmil oğlu redaksiyamıza ərizə ilə müraciət edərək, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bu kateqoriyadan olan şəxslərin evlə təminatı sahəsində yürütdüyü yarıtmaz siyasətdən şikayətlənmişdir.
19.06.2020-ci il tarixli həmin ərizədə F.Nağıyev yazır: “Məlum edirəm ki, 27 ildir məcburi köçkün kimi 4 nəfər ailə üzvümlə birlikdə, yuxarıda göstərdiyim ünvanda yaşayırıq, səbirsizliklə ev növbəsi gözləyirik. Bir neçə gün bundan əvvəl, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin işçiləri yaşadığımız yataqxanaya gəlib ev siyahısında olanların adlarını oxuyanda mənim adım həmin siyahıda çıxmadı. Bundan sonra mən Komitənin nümayəndəsi Niyaməddin müəllimə müraciət etdim, o, sənədləri yoxladı və mənə dedi: “Sənin ev almaq üçün sənədlərin tam qaydasındadır və sənə 3 otaqlı mənzil düşür. Bu işə Komitənin aparat rəhbəri Eldar Zeynalov baxır, siz ona müraciət edin”. Sonra mən Eldar Zeynalova zəng etdim. O, mənə dedi ki, sənin adın Füzuli rayonu, “Qayıdış – 6” qəsəbəsi, 120 nömrəli 2 otaqlı evdə atan Nağıyev Şəmil Əmir oğlunun qeydiyyatındadır. Mən ona nə qədər desəm də ki, orada kiçik qardaşım Şaiq ailə üzləri ilə qeydiyyatdadır, Eldar Zeynalov mənə məhəl qoymadı. Daha sonra mən öyrəndim ki, Eldar Zeynalovun işçiləri mənə düşən 3 otaqlı evi saxta sənəd düzəldərək qardaşım Şaiqə nəyinsə müqabilində satmışlar. İndi 4 nəfər ailə üzvümlə acınacaqlı haldayıq, qanuni olaraq bizə düşən 3 otaqlı evimizi satıb, bizi evsiz qoyublar”.
Sonda F.Nağıyev xahiş etmişdir ki, ərizəsində göstərdikləri əsasında araşdırma aparılsın, baş vermiş bu korrupsiya əməli ictimailəşdirilsin, haqqın-ədalətin zəfər çalmasında ona köməklik göstərilsin.
“Korrupsiya və Qanun” qəzetinin daimi oxucularına yaxşı məlumdur ki, qaçqın və məcburi köçkünlərin sosial rifahının, o cümlədən, mənzil şəraitinin yaxşılaşdırılması sahəsində dövlətimizin yürütdüyü siyasətə həmişə informasiya dəstəyi vermişik, bu müsəvidə rast gəlinən neqativ hallara, korrupsiya hüquqpozmalarına rəvac verən vəzifəli şəxsləri tənqid etmişik. Bürokratiya, süründürməçilik, süni maneələr, rüşvət tələbi ilə üzləşən vətəndaşlarımızın hüquqlarının müdafiəsinə qalxmışıq, onların haqq səsini aidiyyati qurumlara çatdırmışıq. Apardığımız işin nəticəsi bir çoxunu sevindirib. Amma hələ də haqq işi uğrunda mübarizəsinin sonu görünməyən məcburi köçkün vətəndaşlarımız var. Onlardan biri də Füzuli rayonundan məcburi köçkün Şəmiyev Emin Asif oğludur. Komitədən ona bu yaxında verilən cavabda ərizələri ilə birlikdə müvafiq sənədləri Komitəyə təqdim etdikdən sonra adının mənzillə təmin ediləcək məcburi köçkünlərin siyahısına salınması məsələsinə müvafiq qaydalar əsasında baxılacağı vəd olunmuşdur. Halbuki, bu adamın mənzilə sahib olmaq uğrunda apardığı çoxillik mübarizə gözümüzün qabağında baş verib. İndiyədək bütün lazımi sənədlərini təqdim edib. Emin Şəmiyevə və qardaşına mənzil növbəsinə salındıqları barədə daha əvvəl məktub da gəlib. Komitə nəyəsə görə əvvəl yazdığı cavabları unudur. Bəlkə Eldar Zeynalovun Şəmiyev qardaşlarını da bir-birinə düşmən etmək fikri var?
P.S. “Yutub” inernet kanalında yayılan video-məlumata görə, məcburi köçkünlər üçün ayrılan evlər Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına verilir ki, onlar da öz növbələrində həmin evləri kirayəyə verirlər. İstisna deyil ki, DTX əməkdaşları sırasında evə ehtiyacı olan məcburi köçkünlər olsun. O da mümkündür ki, DTX əməkdaşları qeydiyyatda olduqları rayonlarda deyil, rəhbərliyin təyinatına uyğun olaraq, paytaxtda və başqa rayonlarda işləməli olsunlar. Amma internetdə kifayət qədər savadlı vətəndaş (coğrafiya fənnini tədris edən məcburi köçkün Səfurə müəllimə) tərəfindən yayılan informasiyada bildirilir ki, evin sahibi olan DTX əməkdaşı Lənkəran sakini Məmmədov Tamerlan Mühəndis oğlu, kirayənişin isə məcburi köçkündür. Hər halda bu məsələ ilk növbədə DTX-nin özü tərəfindən araşdırılmalıdır. Buna nail olmağa, nəticə barədə oxucularımızı məlumatlandırmağa çalışacağıq.

Baş redaktor: Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO