Azərbaycan İdeyası

Köçkün, ailəli qardaşların “52” dərdi

Tarix:28-01-2020, 10:21
Baxış Sayı:218

Füzuli rayonundan məcburi köçkün Şəmiyev Emin Asif oğlunun da neçə ildir davam edən evsizlik mücadiləsi 2020-yə adladı. Özünün və qardaşı Sənanın gənc südəmər uşaqlı ailəsi ilə birgə məskunlaşdıqları Yasamal rayon 52 saylı tam orta məktəbin həyətindəki tikilidən məktəb direktorunun fitvası ilə qovulması üçün işığını, qazını da kəsdilər. Gənc ailəyə dəstək verən “Korrupsiya və Qanun” qəzeti bu mövzuya həssas yanaşaraq bir neçə məqalə dərc edəndən, aidiyyati qurumlara müraciət edəndən sonra nəhayət ki, Yasamal Rayon İcra Hakimiyyətindən bu məzmunda bir məktub almağa nail oldu: “52 saylı tam orta məktəbin ərazisindəki tikilidə məskunlaşmış məcburi köçkünlərin məskunlaşdıqları tikilidən çıxarılması nəzərdə tutulmur, lakin zərurət yaranacağı təqdirdə məcburi köçkünlər yaşayış sahəsi ilə təmin olunacaqlar”.
O zaman dərc etdiyimiz növbəti məqalədə ortaya belə bir sual qoyduq: ”Əgər həmin tikilinin elektrik enerjisi ilə təchizatı kəsilibsə, qazla təminatı yoxdursa, orada məskunlaşmış məcburi köçkünlərin başqa yaşayış sahəsi ilə təmin olunması zərurəti yaranmayıbmı?” Hələliksə, Şamıyevlər bu zərurətin “Qaçqınkom” tərəfindən nə vaxt ödəniləcəyini gözləməkdə, uşaqlarını məhrumiyyətlər içində böyütməkdədirlər.

Korrypsiya-q.az

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?