Azərbaycan İdeyası

Prokurorluq sabiq bələdiyyə sədrinin bəraət almasına etiraz etdi

Tarix:22-08-2023, 14:16
Baxış Sayı:180

Prokurorluq sabiq bələdiyyə sədrinin bəraət almasına etiraz etdi
Səbail bələdiyyəsinin sabiq sədri Əhməd Həsən oğlu Hüseynova bəraət verilməsi, eləcə də ittiham olunduğu cinayət əməlinə tam qiymət verilməməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2023-cü il tarixli hökmündən Baş Prokurorluq tərəfindən apellyasiya protesti verilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, Səbail bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynova avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Əhməd Hüseynova qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilmədiyindən ona bəraət verilib.
Prokuror ona beş il həbs cəzası istəmişdi.

Xatırladaq ki, Əhməd Hüseynov qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməkdə, habelə rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 29.178.4-cü (xüsusilə külli miqdarda dələduzluğa cəhd), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə ittiham irəli sürülüb. Ə.Hüseynov həbsdə deyildi, onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdi.

OXŞAR XƏBƏRLƏR
Arxiv xidməti “yuxulayan rejim”də işləyir
Arxiv xidməti “yuxulayan rejim”də işləyir
Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
Şəmkirdə TƏLƏBƏ MEŞƏDƏ özünü asdı
Şəmkirdə TƏLƏBƏ MEŞƏDƏ özünü asdı
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ - Seçim prosesinin vaxtı dəyişdirildi
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ - Seçim prosesinin vaxtı dəyişdirildi
Azərbaycanda bu dərmanlar pulsuz veriləcək - RƏSMİ
Azərbaycanda bu dərmanlar pulsuz veriləcək - RƏSMİ
Sabah leysan yağacaq, güclü külək əsəcək-03.05.2025.
Sabah leysan yağacaq, güclü külək əsəcək-03.05.2025.
“RR Construction” MMC evini sökdüyü vətəndaşları aldadıb
“RR Construction” MMC evini sökdüyü vətəndaşları aldadıb
İctimai nəqliyyatda yaşlılarla cavanlar arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”
İctimai nəqliyyatda yaşlılarla cavanlar  arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”