Azərbaycan İdeyası

Həkimlər keyfiyyətsiz xidmətə görə cərimələnəcəklər

Tarix:2-02-2017, 11:26
Baxış Sayı:484

Həkimlər keyfiyyətsiz xidmətə görə cərimələnəcəklər

İcbari tibbi sığortanın tətbiqindən sonra həkimlərə xidmət göstərdiyi xəstə sayına uyğun ödəniş ediləcək. Ancaq xəstə hər hansı səbəbdən narazı qalsa və eyni problemə görə 2-ci dəfə həkimə müraciət etməli olsa, həmin həkim cərimələnə və ya ödənişindən kəsilə bilər. Bununla yanaşı, bəzi müayinələrə limit qoyulacaq və həmin limiti keçənlər əlavə pul ödəyəcək.
Korrupsiya və Qanun saytı Xəzər TV-yə istinadən xəbər verir ki, xəstəyə ehtiyacı olmayan xidmətlər göstərildikdə və ya tibbi xidmətin keyfiyyəti qənaətbəxş olmadıqda həkimə göstərdiyi xidmətə görə ödəniş edilməyəcək.
Söhbət icbari tibbi sığorta sistemində həkimlərin maaşının bonus hissəsindən gedir. Belə ki, sistemdə Həkimlər aylıq standart əməkhaqqından əlavə xidmət göstərdiyi xəstə sayına uyğun bonus qazanacaqlar. Xəstəsi çox olan həkim daha yüksək məbləğdə bonus qazanacaq. Ancaq məlum olsa ki, həkim lazım olmadan xəstəni tibbi xidmətə yönəldib və ya həkimin xidməti keyfiyyətsiz olub, sözügedən bonuslar verilməyəcək və ya həkim cərimələnəcək. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanov məlumat verib.
Bu məsələdə əsas məqsəd odur ki, xəstə eyni problemlə ikinci dəfə həkimə müraciət etməsin.
Eyni zamanda icbari tibbi sığorta olunan vətəndaşlar bəzi müayinələr üçün əlavə pul ödəməli olacaqlar. Məqsəd bəzi müayinələrdə sui-istifadə hallarının qarşısını almaqdır. Belə ki, həmin müayinələrə limit qoyulacaq və il ərzində həmin limiti keçənlər əlavə pul ödəməli olacaqlar.
Xəstə limiti keçdikdən sonra hər kompüter tomoqrafiyası üçün 10 manat, MRT üçün isə 20 manat ödəməli olacaq.

OXŞAR XƏBƏRLƏR
İran Küveytdə yanacaq terminalına və elektrik stansiyasına zərbələr endirib
İran Küveytdə yanacaq terminalına və elektrik stansiyasına zərbələr endirib
Hacı Murad Yagizarovun anadan olmasından 87 il ötür
Hacı Murad Yagizarovun anadan olmasından 87 il ötür
Həftəsonu istirahətə gedən VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ
Həftəsonu istirahətə gedən VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ
Azərbaycan neftinin qiymətində CİDDİ ARTIM
Azərbaycan neftinin qiymətində CİDDİ ARTIM
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"
Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"
Xəstəxananın həyətində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Tibbi tullantılar və orqan qalıqları günlərlə yığılıb qalır
Xəstəxananın həyətində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Tibbi tullantılar və orqan qalıqları günlərlə yığılıb qalır
Venesuelada zəlzələ qurbanlarının sayı beş mini ötdü
Venesuelada zəlzələ qurbanlarının sayı beş mini ötdü