Azərbaycan İdeyası

Bəs andınız hanı sizin? – Bəzi həkimlərə... Tarix 28.01.16, 17

Tarix:28-01-2016, 18:13
Baxış Sayı:336

Bəs andınız hanı sizin? – Bəzi həkimlərə... Tarix 28.01.16, 17



(Bu yazı peşəsini vəzifəsiniz vicdanla yerinə yetirənlərə şamil edilmir)

Fikirlərimi yazmazdan əvvəl bir neçə maraqsız cümlədən istifadə etmək istəyirəm ki, iki cümlədən sonra yazımı oxumayasan. Beləliklə:
- Tibb fakultəsindən aldığım bu diplomun mənə qazandırdığı haqq və vəzifələri öz mənfəətim üçün istifadə etməyəcəyimə, həyatımı insanlığa xidmətə həsr edəcəyimə, insan həyatına mütləq şəkildə hörmət edəcəyimə və bildiklərimdən insanlığa qarşı istifadə etməyəcəyimə, ixtisasım üzrə öyrəndiyim sirrləri gizli saxlayacağıma, müəllimlərimə və həmkarlarıma hörmət edəcəyimə, din, millət, cinsiyyət, irq və partiya fərqlərinin vəzifəm və vicdanım arasında girməsinə icazə verməyəcəyimə, işimi dürüstlük və qüururla həyata keçirəcəyimə namusum və şərəfimlə and içirəm!
Bu, Hippokrat andıdır. Bütün dünyada tibbi təhsilini başa vuran həkimlər bu andı içirlər. Bir neçə gün əvvəl sosial şəbəkələrdə İranda dünyasını dəyişən 10 aylıq körpənin nəşinin valideyinlərinin xəstəxanaya borcu olduğu üçün onlara verilmədiyi barədə xəbərlərlə qarşılaşmışdıq. Sonra bir çox qurumların müdaxilələri nəticəsində körpənin nəşi valideyinlərinə qaytarıldı.
Yox, mən xəstələrimizin niyə xarici ölkələrə müraciət etməsini tənqid etməyəcəyəm. Onları bu addımı atmağa məcbur edən Azərbaycan həkimlərinin içdikləri anda necə xəyanət etməsindən danışacağam. Xəstəxanalarda həkimlər xəstələrə ancaq gəlir mənbəyi kimi baxır. Əlin cibindədirsə, “xanım”san, “müəllim”sən. Yox, pul verməyi düşünmürsənsə, növbədə axırdan axırdasan.
Həkimlərin dərman şirkətlərilə müqavilələr əsasında reseptlər yazması, düzgün diaqnozun qoyulmaması, xəstələrin əməliyyat zamanı dünyasını dəyişməsi, müalicənin həkimin mənfəətinə uyğun aparılması və s. iddialarla dəfələrlə qarşılaşmışıq. Çünki həkimlərimiz “həkimin maaşı yaxşı olsaydı, rüşvət almazdı” prinsipilə yaşayırlar. Hansı xəstəxanaya gedirsənsə, həkimin gözü sənin əlində olur. Çox az vicdanlı həkim tapılar ki, onu sənin cibin maraqlandırmasın.
Dövlət xəstəxanalarında həkimə pulu az verəndə deyir ki, “Özəldə bilirsən, bunun qiyməti nə qədərdir”? Özəl xəstxanaya gedəndə isə düşünürsən ki, bunu başqa ölkədə etsəm, daha ucuz və keyfiyyətli olardı.
Səbəb isə budur ki, tibbi təhsil keyfiyyətsizdir deyə, həkimlərin çoxu savadsızdır. Sayları çox olduğundan onlar xaricdə oxuyub gələn həkimləri sıxışdırırlar. Xarici təhsillilər özəl klinikalarda iş tapırlar. Ancaq savadsızlar, çoxluq onların əleyhinə kampaniyalar aparır, intriqa yaradırlar.
Məsələn, mənim bir həkim dostum var. Uroloq-cərrahdır. Türkiyədə oxuyub, Klievlenddə təcrübə keçib, çalışıb. Azərbaycanın yerli təhsilli uroloqları ona qarşı yüz cür intriqa edir, ləkələməyə çalışırlar.
Səhiyyəmzin ən böyük problemlərindən biri də müasir tibbi avadanlıqların çatışmaması, onları işlədə bilən həkimlərin az olmasıdır. Klinikalara lisenziyaların “hörmət” prinsipilə verilməsi də bir problemdir. Klinikalarımızda həkimlərin ixtisasını dəyişib, bilmədiyi sahə üzrə işləməyi də var...
Azərbaycan vətəndaşının xarici ölkələrə getməsinin qarşısını almaq üçün bircə yol var. O da səhiyyə sistemində islahat aparmaq, gənc, xaricdə təhsil almış, xüsusi təcrübə keçmiş kadrlara üstünlük verməkdən keçir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı