Azərbaycan İdeyası

Zakir Fərəcov Sumqayıtda eyvanları sökdürür

Tarix:3-11-2015, 10:06
Baxış Sayı:410

Sumqayıtın yeni təyin edilən icra başçısı Zakir Fərəcov yaşayış binalarında olan eyvanların və artırmaların sökülməsi barədə göstəriş verib.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə bizimyol.info saytına jurnalist Vüqar Qurdqanlı məlumat verib.
Onun sözlərinə görə, bir müddət əvvəl icra hakimiyyətinin yaxınlığında olan binalar daş örtüklə üzlənib. İndi isə binalarda eyvanların sökülməsi prosesinə başlanılıb ki, bu da soyuq havalarda sakinlərə ciddi problemlər yaradır.
"Çünki "təmir, abadlıq" dövründə mənzillərin soyuqdan və yağıntıdan qorunmasını təmin etmək mümkün olmayacaq. Bu bir yana, təqdim etdiyim fotolardan da göründüyü kimi, sözügedən eyvanlar binanın əsas hissəsinə bitişik tikilib. Demək həmin eyvanların sökülməsi faktiki olaraq insanların mənzilinin sökülməsi və qış aylarında evin açıq hava ilə birbaşa təmasda olması anlamına gəlir.
Mənim yaşadığım ev də həmin problemlə üz-üzədir. Qış aylarında evi qızdırmaq üçün istifadə etdiyimiz kondisionerlərin də sökülməsi tapşırığı verilib. İcra hakimiyyətinin Elməddin adlı işçisi deyir ki, bu gün günorta bütün balkonlar lomla uçurulacaq. Belə olsa şəxsən mənim ailəm soyuq gecəni bir tərəfi yola açıq otaqda keçirməli olacaq" - deyə şikayətçi bildirir [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO