KEÇMIŞ MILLƏT VƏKILI GÜLƏR ƏHMƏDOVANIN OĞLU HƏBS OLUNUB - FOTOBölmə: Gündəm
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib. Korrupsiya-q.az xəbər verir ki, İdarə əməkdaşlarının əldə edilmiş məlumatı əsasında,Baki şəhəri Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində,Bakı şəhər sakini Toğrul Əhmədovun idarə etdiyi “BMW” markalı avtomobildən “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.Toğrul Əhmədov həbs olunub. Qeyd edək ki Toğrul Əhmədov keçmiş millət vəkili Gülər Əhmədovanın oğludur. ![]() ![]() ![]() |
Muəllif: Xuraman Quliyeva
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istidadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.