Azərbaycan İdeyası

ŞƏHİDİN OĞLUNA “ƏCƏB REPETİTORLUQ” EDƏN MÜƏLLİMƏ

Tarix:25-02-2020, 09:56
Baxış Sayı:165

Son illər müəllim peşəsinin nüfuzunun deqradasiyası haqqında cəmiyyətdə birmənalı olmayan fikirlər yer alır. Orta və daha yuxarı yaşlı nəslin nümayəndələri xatırlayarlar. O dönəmdə şagird və tələbələr elə bilirdilər ki, müəllim nə çay içir, nə yemək yeyir. Müəllimin nüfuzu vardı. Böyükdən kiçiyə qədər hamı müəllimə hörmət edirdi.
Məktəblərdə o müəllim ki rüşvət aldı, onun dərsinə şagirdlər qulaq asmaz. Müəllim gərək mənəviyyatı, əxlaqı ilə özünü ali səviyyədə saxlasın. Onda şagird ona hörmət edəcək. Məktəblərdə müəllim-valideyn münasibətləri düzgün qurulmalıdır. Əgər müəllim valideyndən nəsə umursa, onun yanında gözükölgəli olacaq. Ekspertlər hesab edirlər ki, repetitorluq da problemin yaranmasında rol oynayır: "Əgər müəllim şagirdə «Gəl, səni evdə hazırlaşdırım» - deyirsə, o zaman həmin şagirdə münasibəti fərqli olur. O biri şagirdə – yəni yanına hazırlaşmağa gəlməyən şagirdə isə aşağı qiymət verir. Bu, pedaqogika deyil.
Amma indi çəkəcəyimiz misalda isə repetitor – şagird münasibəti çərçivədən çox-çox kənara gedib çıxıb.
“Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzetinin poçtuna Abşeron rayonu Xırdalan şəhərində qeydiyyatda olan Əhmədova Xanımnaz Əhmədyar qızının ərizəsi daxil olmuşdur. Müraciət müəllifi bildirir ki, 2014-cü ildə oğlu Əhmədov Mehman Fikrət oğlu Binəqədi rayonu 157 saylı orta məktəbdə riyaziyyat müəlliməsi işləyən Sevil İbrahimovanın yanına riyaziyyat fənnindən fərdi məşğələyə gedirmiş. Bu müddət ərzində oğlu ilə həmin müəlimənin arasında isti münasibət yaranıbmış. Hətta, bu münasibət o qədər dərinləşibmiş ki, Sevil müəllimə öz ailə problemlərini Mehmanla paylaşır, sirrini onunla bölüşürmüş: “Sadəlövh oğlum ona çox inanırdı, bu inam ona çox baha başa gəldi. O, bu müddət ərzində oğlumu külli miqdarda borca salmağı bacardı...”
Xanımnaz Əhmədovanın sözlərinə görə, Sevil İbrahimovanın onun oğlunu ziyana salmasının ilkin səbəbi onun öz oğlu Rauf İbrahimovun Nərimanov rayonu ərazisində dələduzluq etməsi ilə bağlı olub: “Onun işini Nərimanov Rayon Polıs İdarəsi araşdırırdı. Rauf polis idarəsində saxlanılırdı. Səbəb o imiş ki, vətəndaşın plastik kartını oğurlayıb iki-üç ay özündə saxlamış, həmin kartla Abşeron rayon ərazisində bankomatdan pul çıxararkən polis tərəfindən tutulmuşdur. Oğlunu həbsdən qurtarmaq məqsədi ilə Mehmandan guya borc alıb, 1-2 ay müddətinə qaytaracağını söz vermişdir. Çirkin əməlləri ilə oğlumu ziyana salan Sevil sonradan oğlumu universiterə qəbul elətdirəcəyinə söz verir, məhz buna görə də oğlum dostlarından sələmə pul alıb Sevil müəlliməyə verir. Sevil müəllimə boynuna götürdüyü öhdəliyi yerinə yetirmir, pulu yeyir, üstündən də su içir. Sələmin vaxtı çatanda artıq sirrin üstü açıldı və mən məcbur olub qızılları lombarda girov qoyub ordan pul çıxardaraq, oğlumun dost-tanışlarına borcu qaytardım. Borcumuz get-gedə artırdı. Şəhid ərimdən qalan qızıllarım lombardda batmaqda idi. Yenə məcburiyyət qarşısında qalıb təqaüd kartımla bankdan kredit götürüb, lombarda ödəyərək qızılları girovdan çıxartdım. Beləliklə, Sevil bizi ikiqat ziyana saldı. Bıçaq sümüyə dirənən zamanı Sevildən ya öhdəliyi yerinə yetirməyi, ya da, ailəmizə vurduğu maddi ziyanı tam olaraq ödəməyi tələb edəndə, o evini satıb bizim pulu son manata qədər geri qaytaracağına söz verdi. Həqiqətən də o, evini satdı, lakin bizi aldatdı, borcumuzdan bir qəpik də vermədi... Mən bir Şəhid qadınıyam, Azərbaycan qadınıyam. Özü də haqqı olan qadınam. Ona görə də Sevilin də qadın olduğunu nəzərə alıb, hər cür kompromisə getdim. Lakin Sevil çirkin əməllərindən əl çəkmir, hər dəfə müxtəlif bəhanələrlə məni aldadır. Gah lotoreya oynadığını, gah uşaq hazırlaşdırdığını, onlardan gələn gəlirlə bizim borcumuzu geri qaytaracağını deyirdi. Dəfələrlə qapılarına getmişik, hər dəfə də özü çölə çıxaraq, ərinin, oğlunun çölə çıxacağından, bu məsələdən xəbərsiz olduqlarını, onlara bildirməməyimizi, bunun müqabilində isə bizə vurduğu ziyanı tam olaraq ödəyəcəyini bildirirdi. Lakin bu məlumatdan oğlunun və həyat yoldaşının xəbəri olduğunu bildik. Bunu oğlunun mənim oğlumla olan səs yazıları təsdiq edir. Biz məcburiyyət qarşısında qalıb onun çalışdığı Binəqədi rayon 157 saylı orta məktəbə getdik. Məktəbin direktoru Gülayə Səttarovanın qəbulunda olduq. O da bizə bu məsələnin şəxsi olduğunu, məktəbə aid olmadığını dedi. Bu müəllimənin etdiyi hərəkətlər bəlkə də özünə görə bir macəradır, amma bu macəra oğlum Əhmədov Mehmanı intihar həddinə gətirib çıxartmışdır”.
Ərizəsinə “Kapitalbank”dan 28 faizlə götürməli olduğu 4700 manat kredit borcunun cədvəlinin surətini də əlavə edən Xanımnaz Əhmədova redaksiyadan problemini geniş oxucu kütləsinə çıxartmaqla ictimailəşdirilməsini, aidiyyatı instansiya rəhbərlərinin diqqətinə çatdırılmasını, ona köməklik göstərilməsini xahiş etmişdir.
Araşdırılması gərəkən məsələ Sevil müəllimənin işlədiyi məktəbdə aldığı maaş müqabilində verdiyi dərslərin keyfiyyətidir. “Dərs” deyəndə təhsilin yalnız təlim qanadını nəzərdə tuturuq, tərbiyə tərəfindən danışmağa dəyməz. Sevil müəllimə tərbiyə verməyi bacarsaydı, öz oğluna verərdi.
P.S. Məsələ ilə əlaqədar qarşı tərəflə telefon əlaqəsi saxlayıb münasibətini öyrənmək istədik. Sevil İbrahimova ağzımızı açmağa imkan vermədən xəstə olduğunu deyərək münasibət bildirmədi. Bundan başqa, redaksiyamıza təqdim olunmuş əlavə məlumatlara əsasən, Sevil “müəllimə” vaxtaşırı olaraq sosial şəbəkədə övladları ilə xaricdə istirahət etməsini əks etdirən foto-video görüntüləri paylaşır. Bu cür təmtəraqlı həyat tərzi isə əlbəttə ki, az pul hesabına başa gəlmir. İstirahətini təxirə salıb borcunu ödəsəydi, adı qələmə düşməzdi. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.