Azərbaycan İdeyası

''Azərpoçt'' bayram günlərində də işləyəcək

Tarix:30-12-2020, 15:47
Baxış Sayı:91


Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək.
Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 36 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi saat 09:00-dan 18:00-dək, paytaxtda, eləcə də Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən digər “Şəbəkə” xidmət mərkəzləri isə 09:00-dan 17:00-dək vətəndaşlara xidmət göstərəcək.
Eyni zamanda Bakı şəhərində yerləşən 1 saylı poçt filialının 1, 7, 10, 33, 66, 2 saylı poçt filialının 9, 102, 111, 117, 3 saylı poçt filialının 2(MXŞ), 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149, 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156, 5 saylı poçt filialının 63 (MXŞ), 3, 21, 80, 81, 83, 6 saylı poçt filialının 72 (MXŞ), 8, 29, 52, 53, 54, 114, 115, 130, 170 saylı poçt şöbələri, eləcə də regionlardakı mərkəzi xidmət şöbələri 09:00-dan 17:00-dək işləyəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin ünvanı üzrə çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

OXŞAR XƏBƏRLƏR
Arxiv xidməti “yuxulayan rejim”də işləyir
Arxiv xidməti “yuxulayan rejim”də işləyir
Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
Şəmkirdə TƏLƏBƏ MEŞƏDƏ özünü asdı
Şəmkirdə TƏLƏBƏ MEŞƏDƏ özünü asdı
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ - Seçim prosesinin vaxtı dəyişdirildi
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ - Seçim prosesinin vaxtı dəyişdirildi
Azərbaycanda bu dərmanlar pulsuz veriləcək - RƏSMİ
Azərbaycanda bu dərmanlar pulsuz veriləcək - RƏSMİ
Sabah leysan yağacaq, güclü külək əsəcək-03.05.2025.
Sabah leysan yağacaq, güclü külək əsəcək-03.05.2025.
“RR Construction” MMC evini sökdüyü vətəndaşları aldadıb
“RR Construction” MMC evini sökdüyü vətəndaşları aldadıb
İctimai nəqliyyatda yaşlılarla cavanlar arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”
İctimai nəqliyyatda yaşlılarla cavanlar  arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”