Azərbaycan İdeyası

Artur Rasi-zadəni əvəz edəcək şəxs kimdir?

Tarix:10-03-2017, 11:57
Baxış Sayı:692

  Artur Rasi-zadəni əvəz edəcək şəxs kimdir?

Bayramdan sonra yeni baş nazirin, ikinci və üçüncü vitse-prezidentlərin təyinatı ola bilər
Birinci-vitse prezident təyinatından sonra ikinci və üçüncü vitse-prezidentlərin, həmçinin yeni baş nazirin dəyişdiriləcəyi barədə müzakirələr gedir, müxtəlif ehtimallar irəli sürülür. Xüsusilə qeyd edilir ki, Mehriban Əliyevanın birinci vitse-prezident təyinatından sonra yeni iqtisadi komandanın formalaşmasına zərurət yaranıb.
Bu isə ikinci və üçüncü vitse-prezidentlərin, həmçinin baş nazirin həmin meyarlara cavab verəcək şəxslər olmasını da zəruri edir. Martın 17-də Nazirlər Kabinetinin Milli Məclisdə illik hesabatı veriləcək. Hesabatı baş nazir Artur Rasi-zadənin verəcəyi deyilir. Yayılan xəbərlərə görə, bu, hörmətli Artur Rasi-zadənin baş nazir kimi sonuncu hesabatı olacaq. Hesabat qəbul olunduqdan az sonra Artur müəllim yüksək səviyyədə, təltiflər edilməklə fəxri təqaüdə yola salınacaq.
Rasi-zadənin özünün xahişi-ərizəsi ilə işdən çıxarılacağı da yayılan məlumatlar sırasındadır. Artıq baş nazirin belə bir ərizəni yazdığı da iddia edilir. Onun yerinə kimin təyin olunacağını isə şübhəsiz ki, ən dəqiq bilən ölkə prezidentidir. İctimaiyyət arasında və mediada sadəcə ehtimallar irəli sürülür. Məsələn, yayılan xəbərlərdən birində deyilir ki, Azərbaycanın növbəti baş nazirinin hazırkı ədliyyə naziri Fikrət Məmmədov və ya səhiyyə naziri Oqtay Şirəliyev olması istisna deyil. Hər iki şəxs uzun müddətdir nazirdir, siyasi iddiaları ilə seçilən fiqurlar deyillər. İkinci və üçüncü vitse-prezidentlərin də mart ayından sonra təyin ediləcəyi barədə xəbərlər yayılıb. Məlumatlarda deyilir ki, bu vəzifələrə təyinatlarda sürpriz isimlər yer ala bilər. . Bu barədə VİP sədri Əli Əliyev özünün proqnozlarını bizimlə bölüşüb. Onun sözlərinə görə, birinci vitse-prezidentin təyinatı ölkədə siyasi hərəkətlənmə üçün ciddi stimul olacaq. Diqqəti daha çox makromiqyasda baş verəcək amillərə konsentrasiya etmək düzgün olar.
Təbii ki, iqtidar çalışacaq ki, növbəti vitse-prezidentlərin təyinatında, xüsusən də təqaüdə göndərilməyə hazırlanan baş nazir Rasi-zadənin kreslosuna təyinat zamanı bəzi daxili faktorları nəzərə alsın: “Ehtimal edirəm ki, vitse-prezidentlərin seçimi regional dəngənin qorunması ilə yanaşı, həm də Dağlıq Qarabağ probleminin çözülməsi üçün də istifadə edilə bilər. Hipotetik olsa da, münaqişənin bitmə şərti kimi Dağlıq Qarabağ bölgəsinin təmsilçisinin bu statusa təyinatı nəzərdə tutulsun. O zaman müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının da Ali Məclis sədri bu posta gətirilə bilər. Hesab edirəm ki, hakimiyyətdə aparıcı şəxslərdən kimsə ya baş nazir, ya da kurasiyası əhəmiyyətli olan vitse-prezident postuna gətirilə bilər”.

OXŞAR XƏBƏRLƏR
TƏBRİK EDİRİK+FOTO
TƏBRİK EDİRİK+FOTO
Dolu düşəcək, sulu qar yağacaq - SABAHIN HAVASI
Dolu düşəcək, sulu qar yağacaq - SABAHIN HAVASI
PROFESSOR QƏZƏNFƏR PAŞAYEV GETDİKCƏ SƏRİŞTƏNİ İTİRİR – Yeni nəşr olunan “Tovuz Ensiklopediyası”na irad bildirərkən şəhidlərin ruhuna hörmətsizlik etdi
PROFESSOR QƏZƏNFƏR PAŞAYEV GETDİKCƏ SƏRİŞTƏNİ İTİRİR – Yeni nəşr olunan “Tovuz Ensiklopediyası”na irad bildirərkən şəhidlərin ruhuna hörmətsizlik etdi
Əhaliyə xəbərdarlıq - Sabah saat 21:00-dan başlayır...
Əhaliyə xəbərdarlıq - Sabah saat 21:00-dan başlayır...
Hadrutun işğaldan azad olunmasından 5 İL ÖTÜR
Hadrutun işğaldan azad olunmasından 5 İL ÖTÜR
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
aatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında
aatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında
Saatlı rayonunda 2024-cü il ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi haqqında
Saatlı rayonunda 2024-cü il ərzində pərakəndə ticarət dövriyyəsinin             həcmi haqqında