Azərbaycan İdeyası

Azərbaycanda prezidentlik müddəti artırılır - 5 ildən 7 ilə

Tarix:18-07-2016, 22:46
Baxış Sayı:323

Azərbaycanda prezidentlik müddəti artırılır - 5 ildən 7 ilə
Azərbaycan prezidenti İlham Əliyev Konstitusiyaya dəyişiklik edilməsi barədə referendum aktı imzalayıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, təklif edilən layihədə bir neçə maddəyə dəyişiklik edilməsi nəzərdə tutulub. Təklif edilən dəyişikliklərdə prezidentliyə namizədə qoyulan tələblərdə 35 yaş məhdudiyyətinin aradan qaldırılması, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi öz əksini tapıb.

Həmçinin, birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, həmin şəxslərin prezident tərəfindən təyin və vəzifədən azad edilməsi, prezidentin vaxtından əvvəl vəzifədən getmədikdə onu baş nazirin deyil, birinci vitse-prezidentin əvəz etməsi, birinci vitse-prezidentin prezidenti əvəz etməsi mümkün olmadıqda onu vitse-prezidentlərin əvəz etməsi, vitse-prezidentlərin əvəz etməsi mümkün olmadıqda baş nazirin, baş nazirin əvəz etməsi mümkün olmadıqda Milli Məclis sədrinin əvəz etməsi nəzərdə tutulur.

Bundan başqa, birinci vitse-prezidnetin və vitse-prezidentlərin toxunulmazlığı, onların və ailələrinin dövlət tərəfindən təminatı və təhlükəsizliklərinin xüsusi mühafizə xidmətləri tərəfindən təmin edilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı