Azərbaycan İdeyası

Deputatdan şok: “Martın sonuna vitse-prezidentlər təyin olunacaq” - ÖZƏL

Tarix:11-01-2017, 10:31
Baxış Sayı:327

 Deputatdan şok: “Martın sonuna vitse-prezidentlər təyin olunacaq” - ÖZƏL

“Martın sonuna kimi vitse-prezidentlərin təyinatı baş tutacaq”
Bu sözləri parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Deputatın sözlərinə görə, prezidentin müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə Nazirlər Kabinetinə verdiyi vaxt martın sonunda başa çatır: “Vitse-prezidentlərin təyinatı prezidentin səlahiyyəti daxilində olan bir məsələdir.
Bunun nə vaxt baş verəcəyini də yalnız prezident müəyyən edir. Ancaq bilirsiniz ki, sentyabrda ölkədə referendum yüksək səviyyədə keçirildi.
Nəticələr məlum olduqdan sonra oktyabrda prezident Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə Nazirlər Kabinetinə 6 ay vaxt verib.
Səhv eləmirəmsə, bu vaxt martın axırı sona çatacaq. Yəqin ki, təyinatlar da o vaxta qədər müəyyən olunacaq. Ancaq bu səlahiyyət yenə də prezidentin səlahiyyətində olan bir məslədir”.
Xatırladaq ki, mətbuatda bu ayın sonuna kimi Azərbaycanda vitse-prezidentlərin təyinatının olacağı barədə xəbərlər yayılıb.
Qeyd olunur ki, artıq son Konstitusiya dəyişikliyindən sonra Nazilər Kabineti və Prezident Administrasiyasında müvafiq hüquqi sənədlərin hazırlanması prosesi artıq başa çatıb.
Vitse-prezidentlərin kimliyinə gəlincə, ortada bir neçə şəxsin namizədliyinin olduğu deyilir. Onlar arasında baş nazirin müavinləri Əli Həsənov və Əli Əhmədovun adı çəkilir.

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib