Azərbaycan İdeyası

30 min nəfərə ŞAD XƏBƏR

Tarix:11-04-2019, 16:56
Baxış Sayı:259


Səbail rayonunun 20-ci sahə yaşayış massivində içməli su layihəsinin icrasına başlanılıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Publika.az-a verilən məlumata görə, Səbail rayonunun 20-ci sahə massivində icra olunan layihə Gülbala Əliyev, Arif İsmayılov, Çernyaxovski və Yüzbəy Mürsəlov küçələrini əhatə edir. İndiyədək bu ərazidə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparılıb. Burada yaşayan əhli günaşırı olmaqla fasiləli rejimdə içməli su ilə təmin edilirdi. Mövcud su xətləri istismara yarasız vəziyyətdə olduğundan tez-tez qəzalar baş verirdi və suyun təzyiqini artırmaq mümkün olmurdu. Bütün bunlar nəzərə alınaraq həmin küçələrin içməli su təchizatı sistemlərinin yenidən qurulmasına qərar verilib. Layihə çərçivəsində adıçəkilən küçələrdə müxtəlif diametrli borularla 5,4 km uzunluğunda su xətləri inşa edilir. Yeni şəbəkədən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılacaq.

“Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində “+190 Badamdar” su anbarından 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsi məqsədilə 2,2 km uzunluğunda magistral su kəməri inşa edilib. Bu magistralın və yeni yaradılan sistemin imkanlarından istifadə etməklə bu ərazidə yaşayan 30 mindən çox insanın su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.

20-ci sahə yaşayış massivinin su təchizatında dayanıqlıq təmin edildikdən sonra ərazidə yerləşən “Şimal” nasos stansiyasının fəaliyyəti dayandırılacaq. Layihə çərçivəsində 20-ci sahə ərazsində açıq kanallarla axıdılan tullantı suların toplanması məqsədilə 2 km uzunluğunda kanalizasiya xətlərinin tikintisi də planlaşdırılır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
İqtisadi fəal, məşğul, işsiz əhali
İqtisadi fəal, məşğul, işsiz əhali
Yeni açılmış iş yerləri
Yeni açılmış iş yerləri
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əsaslı tikinti
Əsaslı tikinti
Sənaye
Sənaye