Azərbaycan İdeyası

SALYANIN NOTARİUSU QOHUMUNUN BORCLU OLDUĞU ŞƏXSİN "BAŞININ ALTINA YASTIQ QOYUB"

Tarix:30-04-2020, 13:40
Baxış Sayı:2 195




Redaksiyamıza Salyan rayonu, H.Əliyev küçəsi - 124 ünvanda yaşayan və qeydiyyatda olan Miriyev Heydər Şakir oğlunun ərizəsi daxil olmuşdur. Yazır ki, 02.10.2016-cı ildə Salyan bələdiyyəsindən hərrac yolu ilə 1200 m2 torpaq sahəsini almışdır. "2019-cu ilin may ayının sonunda məni Salyan Rayon Polis Şöbəsinə çağırdılar ki, bəs torpağın keçmiş sahibi Məmmədov İbrahim Qəhrəman oğlu səndən şikayət edib, guya mən onun qardaşı Məmmədov Gülməmməd Qəhrəman oğlunun işinə mane oluram. Halbuki, İbrahim Məmmədov torpağı mənə satmışdır. Polisə izahat verdikdən sonra bizi Salyan Rayon İcra Hakimiyyətinə şikayət etdi. Salyan RİH-nin nümayəndələri əraziyə baxış keçirdilər və bundan sonra mən Salyan Rayon Məhkəməsinə çağırıldım. Məhkəmənin hakimi Muradağa Qasımov üç iclas keçirdikdən sonra sonuncuda İbrahim Məmmədovun geriyə - Salyan Bələdiyyəsinə qaytardığı torpağı (sexi) məndən alaraq Məmmədov İbrahim Qəhrəman oğluna verməyi qət etdi, məndən torpağı üstündəki transformatorla birgə məndən aldılar. Bu işdə onun qardaşının yeznəsi - Salyan rayonundakı dövlət notariusu köməklik göstərmişdir. Odur ki, bu məsələni qəzetinizdə ictimailəşdirməyinizi xahiş edirəm". Vətəndaş Heydər Miriyevin redaksiyaya yazdığı ərizəyə qoşma etdiyi sənəd surətləri arasında Məmmədov İbrahim Qəhrəman oğlunun Salyan Bələdiyyəsinə yazmış olduğu və notarial qaydada təsdiqlətdirdiyi 06.01.2016-cı il tarixli ərizəsindən görünür ki, İbrahim Məmmədov Salyan Bələdiyyəsinin 29.12.2006-cı il tarixli qərarı ilə ona məzar daşlarının düzəldilməsi sexinin tikintisi üçün Ələt-Astara magistral yolunun 59-cu kilometrində, yolun qərbndə, yolun mühafizə zonasından kənar, şəhər qəbristanlığının cənubunda, bələdiyyə mülkiyyəti torpağında 1200 kv/m torpaq sahəsi ayrılaraq satılmışdır. İbrahim Məmmədov həmin ərizə ilə təsdiqləyib ki, həmin torpaq sahəsinin 300 kv/m - dən ibarət olan hissəsindən, Salyan şəhəri, H.Əliyev küçəsi 124 saylı evdə qeydiyyatda olan Miriyev Heydər Şakir oğlunun xeyrinə imtina etmişdir və sahənin Heydər Miriyevin adına rəsmiləşdirilməsinə etirazı yoxdur və gələcəkdə də olmayacaq. Qoşma edilmiş başqa bir sənəd isə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin "Vətəndaş Miriyev Heydər Şakir oğluna məxsus qeyri-yaşayış obyektinin tikintisi üçün 30 kv/m torpaq sahəsinin ayrılması barədə 16 may 2019-cu il tarixli Rəyidir. Heydər Miriyevin əlində həmçinin Salyan Şəhər Bələdiyyəsinin 20 yanvar küçəsindən sahibkarlıq məqsədilə arılması nəzərdə tutulan 300 kv/m torpaq sahəsinin yerquruluşu sxemi, situasiya planı, onunla Salyan Bələdiyyəsi arasında baş tutmuş 14 fevral 2017-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" də vardır. Həmin müqaviləyə əsasən 0,03 ha torpaq sahəsi hərrac yolu ilə bələdiyyə tərəfindən Heydər Miriyevə 8150 manata satılmışdır. Müqavilə ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin şəhadətnaməsi, pulun ödənilməsini təsdiqləyən qəbzlərlə tam qüvvəyə minmişdir. Torpağın üzərindəki daşyonma sexi, transformator yarımstansiyası Heydər Miriyevin adına qeydiyyatda olmaqla, işıq, su, qaz abonenti də o özüdür və kommunal təsərrüfat idarələrinin təsdiqlədikləri texniki rəylərə əsasən obyektin yerləşdiyi torpaq sahəsinin nə altından, nə üstündən yüksək gərginlikli elektrik, qaz, su xətləri keçmir. Məmmədov İbrahim Qəhrəman oğlu əvvəlcə Miriyev Heydər Şakir oğluna qarşı mülkiyyətə qarşı maneçilik hərəkətlərinə son qoyulması və sair tələblərlə iddia qaldırmış, iddia ərizəsinə ərizə əlavə edərək transformatordan fəaliyyət göstərdiyi sexə elktrik enerjisinin verilməsinin bərpası öhdəliyinin Miriyevin üzərinə qoyulmasına dair müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsi 07 may 2019-cu il tarixli qərardadı ilə iddianı təmin etmişdir. İbrahim Məmmədov iddia etmişdir ki, onun cavabdehə olan pul borcuna görə cavabdeh onu vadar etmişdir ki, həmin transformatoru onun mülkiyyətinə keçirsin. Qərardaddan oxuyuruq: "Transformator cavabdehin adına olsa da, onun sexi yaxın vaxtlara kimi oradan qidalanmışdır. Lakin, cavabdeh onun xəttini kəsərək elektrik enerjisindən istifadə etməyə imkan vermir. Hazırda iddiaçı həmin transformatorun cavabdehin adına özgəninkiləşdirilməsini mübahisələndirir. Bundan əlavə "məzar daşları sexi"nin elektrik enerjisi olmadan fəaliyyət göstərməsi mümkün deyildir. Bu isə öz növbəsində, iddiaçının maddi vəziyyətinə mənfi təsir göstərəcəkdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, həmin transformatorun sayğacının göstəriciləri götürülməklə, transformatordan iddiaçının fəaliyyət göstərdiyi sexə elektrik enerjisinin verilməsi Miriyev Heydər Şakir oğlu tərəfindən bərpa edilməlidir. Miriyev Heydər Şakir oğluna izah edilməlidir ki, gələcəkdə iddi təmin olunmayacağı təqdirdə sayğacın göstəricilərinə əsasən iddiaçıdan istifadə etdiyi elektrik enerjisinə görə haqqı tələb etmək hüququ vardır". Qəribədir, İbrahim Məmmədovdan hakim soruşmayıb ki, əgər Heydər Miriyev səndən torpağı və transformatoru əlverişsiz şərtlərlə borcu qarşılığında ona satmağı tələb edirdisə, yəni, həmin şərtlərə razı deyildisə, niyə elə o vaxt məhkəməyə müraciət etmirdi. Bundan başqa, məzar daşları yonan İbrahim Məmmədovun maddi vəziyyətini nəzərə alan hakim nəyəsə görə məzar daşlarının nəqli ilə məşğul olan Heydər Miriyevin vəziyyətini nəzərə almayıb. Ondan soruşmayıb ki, İbrahim Məmmədov ona olan 17 min manat borcunu vaxtında ödəməməklə, onun hansı işlərin axsadıb. Nəzərə almayıb ki, transformator elektrik enerjisini alıb ötürmək üçün özü də istismar olunur, köhnəlir. Salyan Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli Qətnaməsi Heydər Miriyevə münasibətdə əvvəlki Qərardadına nisbətən daha mürtəce olmuşdur. İddiaçı məhkəmədən Salyan Rayon Salyan Bələdiyyəsinin 02.08.2016-cı il tarixli 19 nömrəli qərarının və həmin qərara əsasən verilomiş bütün hüquqmüəyyən edici sənədlərin etibarsız hesab edilməsi, Salyan şəhəri "Ələt-Astara magistral yolu"nun 59-cu km-ində cavabdeh Heydər Miriyevin mülkiyyətində olan 300 kv/m torpaq sahəsinə boşaldılmış mişar daşlarının və darvazanın Heydər Miriyevin hesabına götürülməsi və orada hasar çəkilməsinə qadağa qoyulması, transformatorun cavabdeh Miriyev Heydər Şakir oğlunun adına rəsmiləşdirilməsinin ləğv edilərək həmin transformatorun onun sahibliyinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə (şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərl bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) məhkəmə tərəfindən etibarsız hesab edilə bilər) istinad edərək, iddianın bütün üç tələbini təmin etmişdir. Halbuki, Heydər Miriyev İbrahim Məmmədovla humanist davranmış, boirclu olmasına baxmayaraq, daha bir müddət İberahimin sexini nisyə xammalla təchiz etmişdir ki, o, pul qazana bilsin. Torpağı İbrahimgilin xahişi ilə onlardan satın alandan sonra da İbrahimin qardaşı Gülməmmədin və qohumu Südeyf Zamanovun daş sexində işləyib çörək qazanmalarına imkan vermişdir. İbrahim Məmmədov Salyan Məhkəməsinə verdiyi iddianı ağır şərtli əqd bağlamağa məcbur olması ilə əsaslandırmağa çalışsa da, məhkəmə hakimi Muradağa Qasımov iddiaçının arqumentini bir az daha "əsaslandıraraq" "müəyyən etmişdir" ki, İbrahim Məmmədovun hələ 2006-cı ildə bələdiyyədən almış olduğu, sexinin altındakı torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ yaransa da, sən demə, ona dair sərəncam vermək hüququ yox imiş. Bundan ötrü torpaq sahəsinə mülkiyyət hüququnu təsdiqləyən Şəhadətnamə almalıymış. Məhkəmə Miriyevin Etiraz ərizəsində göstərdiklərini nəzərə almadan hesab etmişdir ki, Salyan bələdiyyəsi qanun pozuntusuna yol verərək, faktiki olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini cavabdehə satmışdır. Heydər Miriyev hesab edir ki, İbrahim Məmmədovla aralarında olan borc məsələsinin bu cür dolaşığa düşməsində Salyan Şəhər Bələdiyyəsinin sədri ilə Salyan rayon 2 saylı notariat kontorunun xüsusi notariusu - İbrahim Məmmədovun qardaşının yeznəsi Mirismayıl Hüseynovdan ciddi məsuliyyət sorulmalıdır. Çünki, onlar qanunları bilir və təsdiqlədikləri sənədlərin doğuracağı assosiasiyaları qabaqcadan nəzərə almalı, tərəfləri bu barədə xəbərdar etməliydilər. Mövzuya qayıdacağıq.

"Korrupsiya-q.az

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO