Azərbaycan İdeyası

Qaxda ağır qəza: 2 nəfər xəsarət alıb

Tarix:18-07-2016, 11:08
Baxış Sayı:622

Qaxda ağır qəza: 2 nəfər xəsarət alıb
Qaxda baş verən yol qəzasında iki nəfər xəsarət alıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəza iyulun 17-i saat 03 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhəd sərhəd magistral yolunun 84-cü kilometrliyində, Qax rayonu ərazisindən keçən hissəsində baş verib.

Göyçay şəhər sakini, 1978-ci il təvəllüdlü Ruslan Rasim oğlu Abdullayev idarə etdiyi “Tofash” markalı 10 RL 559 dövlət nömrə nişanlı avtomobillə Şəki rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.

Qəzadan sonra sürücü R. Abdullayev və sərnişini olan həmyerlisi 1970-ci il təvəllüdlü Müşfiq Kərim oğlu Kərimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.

Qax MRX-dan bildirilib ki, yaralılar xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO