Azərbaycan İdeyası

Azərbaycanda 141 kilo heroinlə saxlanılan şəxs terrorçu çıxdı

Tarix:24-08-2016, 10:44
Baxış Sayı:349

Azərbaycanda 141 kilo heroinlə saxlanılan şəxs terrorçu çıxdı
Azərbaycanda 141 kiloqram heroinlə saxlanılan Tacikistan vətəndaşı İsmayılov Muxameddin ölkəsində qadağan edilən ekstremist və terrorçu İslam Dirçəliş Partiyasının üzvü olub.

Criminal.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə Tacikistan DİN mətbuat xidməti məlumat verib. Məlumata görə, İsmayılov 3 ay əvvəl İrana gedib və beynəlxalq avtomobil şirkətlərindən birində işə düzəlib. İrandan narkotik gətirərək onu Azərbaycanda 3 milyon dollara satmaq istəyib.

Qeyd edək ki, avqustun 14-də Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından gələn Tacikistan vətəndaşı İsmayılov Muxameddin Sobirjonoviçin idarə etdiyi "DAF" markalı GP6925/N6775 nömrəli yük maşınına rentgen aparatı vasitəsilə baxış keçirilmiş və narkotik vasitə aşkarlanmışdı.

Tacikistan vətəndaşı ilkin ifadə zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana, oradan isə Ukraynaya getmək istədiyini bildirmişdi. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
İqtisadi fəal, məşğul, işsiz əhali
İqtisadi fəal, məşğul, işsiz əhali
Yeni açılmış iş yerləri
Yeni açılmış iş yerləri
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əsaslı tikinti
Əsaslı tikinti
Sənaye
Sənaye