Azərbaycan İdeyası

İslamçıların əsir aldığı qız yüksək mükafata layiq görüldü

Tarix:12-10-2016, 13:47
Baxış Sayı:222

İslamçıların əsir aldığı qız yüksək mükafata layiq görüldü
Hüquq müdafiəçisi Nadia Murad insan hüquqları sahəsində fəaliyyətə görə verilən Vaclav Havel Mükafatının dördüncü laureatı olub. 23 yaşlı fəal Nadia Murad İraqın yezidi icmasını təmsil edir. Yezidi icması «İslam Dövləti» qruplaşmasının silahlıları tərəfindən işgəncələrə və təzyiqlərə məruz qalır, qul vəziyyətinə salınır.

Avropa Şurası Parlament Assambleyası oktyabrın 10-da Strasburqda keçirilmiş xüsusi mərasimdə 60 min avroluq mükafatı Nadia Murada təqdim edib. 2014-cü ildə üç ay İraqın şimalında «İslam Dövləti» qruplaşması yaraqlılarının əsirliyində qalmış Murad sonradan Almaniyaya qaça bilib. O vaxtdan da tanınmış hüquq müdafiəçisi və BMT-nin sülhməramlı səfiri olub.

Murad quldarlıq və insan alveri obyektinə çevrilmiş yezidi icmasının ağır durumu barədə dünyaya məlumat vermiş ilk insanlardan biridir. Havel mükafatının digər iki finalçısı serb jurnalisti Gordan Igrich və Beynəlxalq İnsan Hüquqları İnstitutu/Rene Cassin Fondudur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
İqtisadi fəal, məşğul, işsiz əhali
İqtisadi fəal, məşğul, işsiz əhali
Yeni açılmış iş yerləri
Yeni açılmış iş yerləri
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əsaslı tikinti
Əsaslı tikinti
Sənaye
Sənaye