Daxili İşlər Nazirliyi (DİN) Bakıda 26 yaşlı gəncin güllələnməsi barədə məlumat yayıb.
Korrupsiya ve Qanun sayti Oxu.Az-ın xəbərinə görə, məlumatda bildirilir ki, mayın 19-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Elnur Dadaşov qol nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş, ruhi xəstə Ədalət Babayev tutulub.
Ondan hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapança və 6 ədəd patron götürülüb.
09:52
Bakıda 26 yaşlı gənci güllələməkdə təqsirli bilinən şəxs saxlanılıb.
Korrupsiya ve Qanun sayti Oxu.Az a istinad olaraq xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, gecə saatlarında aralarında yaranmış münaqişə zəminində Dadaşov Elnur Etibar oğluna “Kalaşnikov” avtomatından atəş açan Babayev Ədalət Sabir oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Atəş nəticəsində güllə yarası alaraq xəstəxanaya yerləşdirilən E.Dadaşovun müalicəsi davam etdirilir.
09:12
Bakıda 26 yaşlı gəncin güllələnməsinin təfərrüatları məlum olub.
Korrupsiya ve Qanun sayti “Report”a istinadən xəbər verir ki, Elnur Dadaşov “Kalaşnikov” avtomatından açılan atəş nəticəsində xəsarət alıb.
Belə ki, o, avtomobilini saxlayarkən E.Dadaşova odlu silahdan atəş açılıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, E.Dadaşov Maştağa qəsəbəsi, Albalılıq adlanan ərazidə tanımadığı şəxs tərəfindən güllələnib.
20 may, 00:08
Bakıda gənc oğlan tanımadığı şəxs tərəfindən güllələnib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Məlumata görə, 1991-ci il təvəllüdlü Dadaşov Elnur Etibar oğluna Maştağa qəsəbəsi, Albalılıq adlanan ərazidə tanımadığı şəxs tərəfindən atəş açılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.