Azərbaycan İdeyası

Meyiti kanaldan tapılan xanəndənin ölüm səbəbi açıqlandı - FOTO + YENİLƏNİB

Tarix:2-08-2018, 14:52
Baxış Sayı:277

  Meyiti kanaldan tapılan xanəndənin ölüm səbəbi açıqlandı - FOTO + YENİLƏNİB

Meyiti su kanalında tapılan xanəndənin ölüm səbəbi açıqlanıb.

Korrupsiya-q.az xəbər verir ki, Bərdə Rayon Prokurorluğundan Report-a verilən məlumata görə, avqustun 1-də avtomobil qəzası zamanı öldüyü bildirlən xanəndə Novruz Hüseynovun meyti Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində aşkarlanıb.
Ekspertizaya göndərilən meytin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun su kanalında boğularaq öldüyü bildirilir.
Qeyd edək ki, ötən gün xanəndə, Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü barədə məlumatlar yayılıb. Qəzaya düşən “Mercedes” markalı avtomobildə meyti tapılan M.Mirizadənin meytinin üzərində zorakılıq əlamətləri aşkarlanıb və ona 14 bıçaq zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub.
Avtomobilin sahibi olan, N.Hüseynov isə hadisə yerində tapılmayıb və onun axtarışlarına başlanılıb. Bu gün səhər saatlarında N.Hüseynovun meyiti Ağcabədi rayonu ərazisində, Qarabağ su kanalında yerli sakinlər tərəfindən aşkar edilib.
Hadisə ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

11:58

Ötən gün yol qəzasına düşərək ölməsi barədə məlumat yayılan gənc xanəndə Novruz Hüseynovun meyiti tapılıb.
Korrupsiya-q.az-ın AzVision.az-a istinadən məlumatına görə, xanəndənin cəsədi bu gün səhər saatlarında Qarabağ kanalında aşkar edilib.

Mərhumun nəşi müayinə olunması üçün müvafiq quruma təhvil verilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.
Xatırladaq ki, ötən gün N.Hüseynovla birlikdə toy mərasimindən qayıdan xanəndə Miryusif Mirizadənin də bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Daha əvvəl isə hər iki xanəndənin yol qəzasında öldüyü barədə məlumat yayılmışdı.
Qeyd edək ki, N.Hüseynov və M.Mirizadə 2015-ci ildə təşkil edilən “Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları olublar.

01.08.2018, 19.47

Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin qətlə yetirildiyi məlum olub.

Korrupsiya-q.az Report-a istinadla xəbər verir ki, Bərdə Rayon Prokurorluğundan ona 14 bıçaq zərbəsi vurulduğu bildirilib.
Hazırda hadisənin törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Eyni zamanda “Mercedes” markalı avtomobilin sahibi olan digər xanəndə Novruz Hüseynov isə orada olmayıb və hazırda onun da axtarışları aparılır.
Faktla bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, hər iki şəxs 2015-ci ildə təşkil edilən “Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları olublar.

14:44

“Televiziya Muğam Müsabiqəsi”inin iştirakçıları Miryusif Mirizadə və Novruz Hüseynov qəzaya düşüb.
Korrupsiya-q.az xəbər verir ki, ağır qəza keçirən xanəndələr vəfat ediblər.
Qeyd edək ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Xanəndələrin hər ikisi 2015-ci ildə yayımlanan müsabiqədə iştirak edib.

  Meyiti kanaldan tapılan xanəndənin ölüm səbəbi açıqlandı - FOTO + YENİLƏNİB [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
İqtisadi fəal, məşğul, işsiz əhali
İqtisadi fəal, məşğul, işsiz əhali
Yeni açılmış iş yerləri
Yeni açılmış iş yerləri
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əsaslı tikinti
Əsaslı tikinti
Sənaye
Sənaye