Azərbaycan İdeyası

Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydası dəyişir - YENİLİK

Tarix:16-10-2019, 15:42
Baxış Sayı:143




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Nazirlər Kabinetinin qərar layihəsində Qaydalara müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.

Korrupsiya-q.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov APA-nın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, layihədə sosial yardım təyin olunan ailənin orta aylıq gəliri hesablanarkən borcun (o cümlədən kreditin) gəlir kimi nəzərə alınmaması əksini tapır.
Qeyd edək ki, mövcud qanunvericilikdə ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılması zamanı onun orta aylıq gəliri hesablanarkən, götürdüyü borc (o cümlədən kredit) də nəzərə alınır.
Sosial yardımın təyinatından sonra da ailə üzvünün kredit götürməsi və bu barədə məlumat verməməsi səbəbindən ailəyə sosial yardım ödənişi dayandırılır.
Yenidən sosial yardım üçün müraciət etmək hüququ isə 1 il müddətinə məhdudlaşdırılır. Bu isə həmin aztəminatlı ailələrin sosial yardım proqramından dolğun şəkildə yararlana bilməməsinə səbəb olur, nəticədə onların maddi rifahına mənfi təsir göstərir.
Artıq yeni layihə bu məhdudiyyətin aradan qaldırılmasına, ailə üzvünün götürdüyü kreditin ailənin sosial yardım hüququna maneə olmamasına imkan yaradacaq.
Eyni zamanda, yeni layihədə aztəminatlı ailələrə potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri və gəlirlərini artırmaları üçün aktiv şəkildə dəstək verilməsi məqsədi də ifadə olunur.
Bununla əlaqədar sosial yardım təyin olunan ailənin özünüməşğulluq proqramına cəlb edilməsi də layihədə yer alır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO