Azərbaycan İdeyası

Prezident İlham Əliyev Vladimir Putinlə telefonla danışıb

Tarix:21-09-2023, 17:22
Baxış Sayı:194

Prezident İlham Əliyev Vladimir Putinlə telefonla danışıb
Sentyabrın 21-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı üzrxahlıq ifadə edib və dərin hüznlə başsağlığı verib. Baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb. Bununla bağlı hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir. Azərbaycan Prezidenti, həmçinin həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib.

Tərəflər Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Rusiya sülhməramlı kontingentinin köməyi ilə əldə edilmiş razılaşmaların ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Bu kontekstdə sentyabrın 21-də Yevlax şəhərində Rusiya sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri və Qarabağın erməni əhalisi arasında başlayan təmaslara böyük əhəmiyyət verilir.
Regionda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üzrə prioritet addımlar müzakirə edilib. Vladimir Putin Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Azərbaycan tərəfinin Rusiya sülhməramlıları ilə bu məsələlər üzrə qarşılıqlı fəaliyyətə hazır olduğu təsdiqlənib.

2020-22-ci illərdə yüksək səviyyədə əldə edilmiş məlum üçtərəfli razılaşmaların fonunda aparılan danışıqlar prosesində, ilk növbədə, nəqliyyat əlaqələrinin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması üzrə işlərin fəallaşdırılması razılaşdırılıb.

OXŞAR XƏBƏRLƏR
Arxiv xidməti “yuxulayan rejim”də işləyir
Arxiv xidməti “yuxulayan rejim”də işləyir
Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
Şəmkirdə TƏLƏBƏ MEŞƏDƏ özünü asdı
Şəmkirdə TƏLƏBƏ MEŞƏDƏ özünü asdı
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ - Seçim prosesinin vaxtı dəyişdirildi
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ - Seçim prosesinin vaxtı dəyişdirildi
Azərbaycanda bu dərmanlar pulsuz veriləcək - RƏSMİ
Azərbaycanda bu dərmanlar pulsuz veriləcək - RƏSMİ
Sabah leysan yağacaq, güclü külək əsəcək-03.05.2025.
Sabah leysan yağacaq, güclü külək əsəcək-03.05.2025.
“RR Construction” MMC evini sökdüyü vətəndaşları aldadıb
“RR Construction” MMC evini sökdüyü vətəndaşları aldadıb
İctimai nəqliyyatda yaşlılarla cavanlar arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”
İctimai nəqliyyatda yaşlılarla cavanlar  arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”