Azərbaycan İdeyası

Əsl ana məsləhəti, Qayğıkeş Anadan düzgün qidalanmağın 7 qızıl qaydası

Tarix:17-01-2017, 17:04
Baxış Sayı:441

 Əsl ana məsləhəti, Qayğıkeş Anadan düzgün qidalanmağın 7 qızıl qaydası

Ötən həftə AccessBank “Qayğıkeş ana” adlı maraqlı layihəyə start verdi. Layihə çərçivəsində yaradılan virtual ana hər kəsə müxtəlif mövzularda məsləhətlər verir. Yəqin ki, bir çoxunuz artıq Qayğıkeş ananın “-A bala, bəsdir küçədə nə gəldi yedin, mədən xarab olacaq” çağırışına internet saytlarında rast gəlmisiniz. Bu, Qayğıkeş ananın düzgün qidalanma ilə bağlı birinci məsləhətidir. Hər birimiz bilirik ki, duzlu və şirin yeməkləri çox yemək zərərlidir, fastfud təkcə çəkiyə deyil, bütünlüklə sağlamlığa təsir göstərir, siqaret və spirtli içkilər isə orqanizmə böyük ziyan vurur. Bilirik axı, amma riayət etmirik. Gəlin bu məsləhətlə daha yaxından tanış olaq və ən əsası, həyatımızda tətbiq edək.
Düzgün qidalanma – sağlamlığın rəhnidir
- Qidalanma hissələrlə olmalıdır, yəni tez-tez və xırda-xırda, gündə ən azı 4-5 dəfə və kiçik hissələrlə yemək lazımdır.
- Qaça-qaça, tez ayaqüstü yemək olmaz. Məsələ ondadır ki, insan yavaş-yavaş yedikdə doyma hissini idarə edən mexanizm düzgün işləyir və lazımi miqdarda qidanın qəbul edilməsi barədə siqnal beyinə vaxtında daxil olur. Qaça-qaça, hərəkət edə-edə yeyərkən bu mexanizm vaxtında işə düşmür və bu halda adam lazım olduğundan çox yeyir.
- Heç vaxt həddindən artıq yeməyin. Bu, həm mədə üçün, həm də bütünlüklə orqanizm üçün zərərlidir.
- Yemək zamanı və yeməkdən sonra su içməyin. İstəyirsinizsə, suyu yeməkdən əvvəl için. Lakin, gün ərzində lazımi miqdarda maye qəbul edin və yaxşı olardı ki, bu, təmiz içməli su olsun. Çünki orqanizm sizdən pivə və ya şirin içkilər yox, məhz su tələb edir.
- Un məhsullarını, şirniyyatı, spirtli içkiləri məhdudlaşdırın. Un məhsullarını quruldulmuş, kəpəkli və ya taxıl çörəyi ilə, şirniyyatı quru meyvələr və bal ilə əvəz edin.
- Duzun və müxtəlif ədviyyatların qəbulunu məhdudlaşdırın. Sadəcə, yeməyə qatılan ədviyyatın miqdarını tədricən azaldın, çünki ədviyyatdan istifadəni birdəfəlik dayandırsanız, yemək dadsız olacaq.
- Əlbəttə ki, yeməkdən həzz alın, imkan daxilində, həzm sistemi üçün əlverişli mühit yaradın. Yemək zamanı kitab oxumaq olmaz – bu, lazımından artıq yeməyə səbəb olur.
Ən azı, bu qaydalardan istifadə etsəniz, qidalanmanız əhəmiyyətli dərəcədə dəyişəcək. Özü də buna bazar ertəsindən yox, elə indi başlayın. Unutmayın ki, sağlamlığınız öz əllərinizdədir!
Bütün məsləhətlərlə daha yaxından tanış olmaq istəyirsinizsə, Qayğıkeş Ana saytına daxil olun və həyatınızı yaxşılığa doğru dəyişin.

OXŞAR XƏBƏRLƏR
Sürət yarışı təşkil edən sürücülər SAXLANILDILAR
Sürət yarışı təşkil edən sürücülər SAXLANILDILAR
Daha bir icra başçısı müavinini vəzifədən azad etdi+FOTO
Daha bir icra başçısı müavinini vəzifədən azad etdi+FOTO
78 nəfər saxlanıldı
78 nəfər saxlanıldı
Sabah Bakıda yağıntı intensivləşəcək- XƏBƏRDARLIQ
Sabah Bakıda yağıntı intensivləşəcək- XƏBƏRDARLIQ
Əhalisi çox olan bu ölkədən yeni virus yayılır.
Əhalisi çox olan bu ölkədən yeni virus yayılır.
Salyanda avtomobillər toqquşdu - Xəsarət alanlar va.+ FOTO
Salyanda avtomobillər toqquşdu - Xəsarət alanlar va.+ FOTO
Bu qəsəbədən “28 May”a tramvay çəkiləcək
Bu qəsəbədən “28 May”a tramvay çəkiləcək
Azərbaycanda 2026-cı il iqtisadi proqnozları: Sabitlik, yoxsa optimizm?+FOTO
Azərbaycanda 2026-cı il iqtisadi proqnozları: Sabitlik, yoxsa optimizm?+FOTO