Azərbaycan İdeyası

“Bayraq Meydanı”nda bayrağım mənim

Tarix:8-11-2019, 12:02
Baxış Sayı:819

“Bayraq Meydanı”nda göyə yüksələn,
Bayrağım bayraqlar zirvəsindədir;
Zirvəyə qalxanlar zirvədə görür,
Bayrağı sancdığı zirvəlik nədir.

Özüylə dünyaya göstərir bizi,
Tarixən olmuşuq, yenə də varıq.
Türkün timsalında, türk dünyasında,
Bu türk dünyasında biz bayraqdarıq.

Mənim bu dünyaya təqdimatımdır,
“Bayraq Meydanı”nda bayrağım mənim.
Günəşli salamlar dalğalandıqca,
Xoş günüm, xoş anım, növrağım mənim.

Bu bayraq altından mənən keçərkən,
Sanıram, milyonlar keçir mənimlə.
Tarix vərəqlənir gözüm önündə;
Millət belə zirvə görməyib hələ.

Böyük arzuların qanadlarında,
Tərəqqi, dirçəliş, yüksəliş – deyə
Səfərbər olmuşuq, səfərbərik biz,
Dünya bizə baxır, biz gələcəyə.

Heydərli, İlhamlı, Mehribanlıdır,
Zirvələr qoynunda tarixləşirik.
Zirvələr Günəşə daha yaxındır,
Zirvəyə səsləyir bizi bu birlik.

Dünyanın köksündə emblem kimi,
Günəşlə təmasda bu uca bayraq;
Şərqin qapısında dalğalandıqca,
Daha xoş günlərdən gətirir soraq.


Səttar Zərdablı

“Bayraq Meydanı”nda bayrağım mənim

OXŞAR XƏBƏRLƏR
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ
Bu gün Yel çərşənbəsidir
Bu gün Yel çərşənbəsidir
Kredit borcu olanların NƏZƏRİNƏ
Kredit borcu olanların NƏZƏRİNƏ
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı