Azərbaycan İdeyası

Lələtəpədə illər sonra ilk bayraq necə və kim tərəfindən asıldı?

Tarix:24-01-2019, 13:49
Baxış Sayı:196

 Lələtəpədə illər sonra ilk bayraq necə və kim tərəfindən asıldı?



Hərbçilər arasında belə bir deyim var: Əsgər çəkməsi dəyməyən yer tutulmuş sayılmır. Əgər o yerdə bayraq da dalğalansa, bu, zəfərin təsdiqidir.
İşğaldan azad olunmuş ərazilərdə illər sonra zəfərimizi təsdiqləyən bayraqdan söhbət açacağıq. O zəfərdən ki, 25 il Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya praktiki olaraq nümayiş etdirdi, cəmi bir neçə saatlıq əməliyyatla düşmən ordusuna, necə deyərlər, öz həddini bildirdi.
Məlum aprel döyüşləri zamanı, istərsə də ondan sonra Naxçıvan Muxtar Respublikası ərazisində aparılan Günnüt əməliyyatı sonrası düşmən işğalında olan doğma torpaqlarımızda Azərbaycan bayrağı dalğalandı və hələ də dalğalanmaqla Azərbaycan əsgərini qürurlandırır.
İndi Günnütdə, Talış kəndi ətrafı yüksəkliklərdə və Lələtəpədə xidmət aparan əsgərlərimiz hələ döyüş əməliyyatı zamanı məhv edilmiş işğalçı Ermənistan ordusunun hərbçilərinin qanı qurumamış ucaldılan bayrağın altında şərəflə xidmət aparır. Həmin yerlərdən birinin tarixçəsinə nazar salaq.
2016-cı ilin aprelində cəbhənin Füzuli rayonu istiqamətində aparılan əks hücüm əməliyyatı zamanı düşmən işğalından azad edilmiş strateji Lələtəpə yüksəkliyinə illər sonra ilk dəfə dövlət bayrağımızı asan elə həmin əməliyyatda iştirak edən hərbi qulluqçu Asim Əliyev olub. Onun sözlərinə görə, bayraq aprelin 2-də təxminən saat 05:45 radələrindən etibarən Lələtəpədə dalğalanmağa başlayıb. Asim həmin tarixi belə xatırlayıb.
“Həmin bayrağı dəfələrlə təlimlərə aparmışdım. Yoldaşlar arasında hər zaman arzulayırdıq ki, məhz bu bayraq bizim iştirakımızla azad olunan ərazidə ucaldılsın. Elə qismət oldu ki, Lələtəpə istiqamətində hərəkətə keçəsi olduq. Bayrağımızı öpərək sinəmə qoyub döyüşə getdim. Asanlıqla düşmənin müdafiə xəttini yararaq zirvəyə çıxdıq. Saat təxminən 5 radələri olardı ki, artıq səngərdə bir dənə də olsun sağ düşmən hərbçisi qalmamışdı. Düşmən dərinlikdən əlavə qüvvələrlə və artilleriyanın dəstəyi ilə hücuma başlayırdı. Mən hər kəsə zəfərimizi bəyan etmək üçün mərmi partlayışlarını və ölümü nəzərə almayıb bayrağımızı asmaq qərarına gəldim. Bayrağımızı çıxararaq dostlarla birgə öpüb gözümüzün üstünə qoyduq. Daha sonra onu avtomatlarımızın sünbəsinin köməkliyi ilə dirəyə bərkidib havaya qaldırdıq. Həmin vaxt tanklarımızın səsini eşitdim. Onlar köməyə gəlirdilər. Sevinc göz yaşlarımıza hakim ola bilmirdim”, - deyə qəhrəman döyüşçü xatırlayır.
Məhz o gündən sonra Lələtəpədə dalğalanmağa başlanan bayraq bir kərə enməyib. Lakin həmin bayrağın qorunub saxlanılması onun yenisi ilə əvəz olunması da o qədər asan başa gəlmir. Belə ki, ümumi təhlükəsizlik tədbirlərini nəzərə alaraq bayrağın yenisi ilə əvəz olunması prosesi ya gecə, ya da dumanlı hava şəraitində həyata keçirilir.
Cəbhənin o tayında işğalda olan ərazilərimizdə sözdə səngər, əslində isə özlərinə məzar qazan erməniləri qorxuya salan bu bayrağı yeniləyən hərbi qulluqçu da tarix yazır desək yanılmarıq. Əlbəttə, qanla yaşanmış bir tarixi. Əlbəttə, bu böyük zəfərin addım səsləridir. Hələ böyük bayraq meydanları inşa ediləcək günlər bizi gözləyir.(ordu.az)

OXŞAR XƏBƏRLƏR
Allah Rehmet Elesin!
Allah Rehmet Elesin!
Azərbaycanda boya istehsalı zavodu YANIR - VİDEO - YENİLƏNİB
Azərbaycanda boya istehsalı zavodu YANIR - VİDEO - YENİLƏNİB
Yeni tədris ili üçün tədris planları təsdiq edildi
Yeni tədris ili üçün tədris planları təsdiq edildi
Nazirlikdən küləkli hava ilə bağlı əhaliyə müraciət
Nazirlikdən küləkli hava ilə bağlı əhaliyə müraciət
Özlərini “polis” kimi təqdim edib, Mərkəzə gətirdilər - hovuzda meyiti tapıldı
Özlərini “polis” kimi təqdim edib, Mərkəzə gətirdilər - hovuzda meyiti tapıldı
Qəzet Ədliyyə Nazirliyinin apardığı araşdırmanın nəticəsi əsasında təsdiqlənən faktları ictimailəşdirdiyinə görə məhkəməyə verildi.
Qəzet Ədliyyə Nazirliyinin apardığı araşdırmanın nəticəsi əsasında təsdiqlənən faktları ictimailəşdirdiyinə görə məhkəməyə verildi.
ABŞ, Rusiya və Ukrayna prezidentlərinin birgə görüşü planlaşdırılır
ABŞ, Rusiya və Ukrayna prezidentlərinin birgə görüşü planlaşdırılır
Paşinyan Aİİ-nin Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək
Paşinyan Aİİ-nin Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək