Azərbaycan İdeyası

YAP-dan ermənilərin Ramil Səfərov açıqlamasına - Reaksiya 06.02.15 | 12:53 | Xəbər 850 dəfə oxunub

Tarix:6-02-2015, 13:40
Baxış Sayı:0

Qondarma Dağlıq Qarabağ hakimiyyətinin kəlbəcərli girovlardan birini erməni zabiti Qurgen Markaryanı qətlə yetirən Ramil Səfərovla dəyişməklə bağlı verdiyi təklifə hakim partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov münasibət bildirib.


S. Novruzov “Qafqazinfo”ya açıqlamasında bu təklifin növbəti erməni xislətinin, saxtakarlığının nümunəsi olduğunu vurğulayıb: “Bildiyimiz kimi, Ramil Səfərov Azərbaycana ekstradisiya olunduqdan sonra ölkə başçısı tərəfindən əfv olunub, rütbəsi və işi də bərpa olunub. Ona qarşı çox ədalətsiz bir qərar qəbul edilmişdi. Ermənilər Azərbaycanı, vətəndaşlarımızı təhqir etməklə Ramili cinayətə sövq etmişdi. Biz bunu cinayət hesab etmirdik. Beynəlxalq məhkəmələr bunu cinayət adlandırmışdı. Bizim iki vətəndaşımız isə sadəcə olaraq ata-baba yurdunu görməyə gedib. Hər hansı qanunu pozmayıb. Qanunu pozan həmin saxta qurumun rəhbəridir. Onun Xocalı faciəsində əli var, haqqında cinayət işi də var. Bu cür insanlara qarşı beynəlxalq tribunalardan, o cümlədən məhkəmələrdə cinayət işləri qaldırılmalıdır. Girovlarımızın birinə ömürlük, birinə isə 20 illik azadlıqdan məhrum etməklə, qondarma məhkəmə keçirməklə, yeni təxribatçı fikirlər ortaya atmaqla heç nəyə nail ola bilməyəcəklər. Əgər beynəlxalq hüquqa tabe olmayacaqlarsa, girov götürülmüş şəxslərin digər girovlarla dəyişdirilməsi məsələsinə də baxıla bilər”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO