Azərbaycan İdeyası

Hökməlinin yol, işıq problemi - İH-dən CAVAB

Tarix:10-03-2015, 12:21
Baxış Sayı:566

Abşeron rayonunun bir qrup sakini Lent.az-a şikayətlə müraciət edib. Şikayət ərizəsi rayonun Atyalı adlandırılan yaşayış massivinin Zərifə Əliyeva küçəsinin sakinləri tərəfindən göndərilib.
Sakinlər bildirirlər ki, onlar yol, elektrik enerjisi və zibil daşınmaları kimi problemlə üzləşirlər: “Ərazidə ilin bütün fəsillərində, xüsusilə də payız-qış aylarında işıqlar mütəmadi olaraq saatlarla sönür. Bundan başqa, qəsəbədaxili yollar palçıq içindədir. Biz aidiyyəti orqanlara - Abşeron rayon İcra Hakimiyyətinə, Hökməli bələdiyyəsinə mütəmadi müraciət etmişik, amma nəticə yoxdur”.
Rayon İcra Hakimiyyətinin qəsəbə nümayəndəliyindən problemin mövcudluğunu təsdiq ediblər. Qurumdan Lent.az-a bildiriblər ki, problem Avropa Oyunlarından sonra öz həllini tapacaq: “Həmin yaşayış massivi təzə salınıb. Deyilən problemlər mövcuddur. Bələdiyyə tərəfindən müəyyən işlər görülüb. Həmin ərazidə olan problemlər də tədricən öz həllini tapacaq”.
Ərazidən çəkilən fotoları təqdim edirik. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
İqtisadi fəal, məşğul, işsiz əhali
İqtisadi fəal, məşğul, işsiz əhali
Yeni açılmış iş yerləri
Yeni açılmış iş yerləri
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əsaslı tikinti
Əsaslı tikinti
Sənaye
Sənaye