Azərbaycan İdeyası

GÜBRƏ ZAVODUNA KADRLAR RÜŞVƏTLƏ İŞƏ GÖTÜRÜLÜR?

Tarix:26-01-2018, 11:47
Baxış Sayı:250




Dövlət qulluqçusu, o cümlədən, hərbi qulluqçu etik davranış kodeksinə uyğun olaraq icrasının mümkün olmayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəlikləri (borc pul, kirayə və s.) üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir. Məhz dövlət qulluqçusu olduqlarına görə cəmiyyət onlara inanır, etibar edir. Lakin görünür zəmanə dəyişib, insanları da dəyişdirib. Verdikləri sözə sadiq qalmayan adamlar arasında dövlət qulluqçularına da tez-tez rast gəlinməkdədir.
Sumqayıt şəhər sakini, 17-ci mkr. ev-30 mənzil-30 ünvanda qeydiyyatda olan, hazırda şəhərin 9-cu mkr. - da kirayədə yaşayan vətəndaş Talıbov Afiz Baloğlan oğlu da "N" saylı hərbi hissədə işləyən tanışları Rasim, Əli, Amid tərəfindən aldadıldığı barədə redaksiyamıza məlumat vermişdir. Onlar Talıbovdan 15000 manat alıb Gübrə zavoduna proqraf işinə düzəldəcəklərini söz veriblər. Talıbov özündə o qədər pul olmadığı üçün Ceyhun adlı tanışından borc götürüb 2016-cı ilin noyabr ayında adları çəkilən həmin üç nəfərə vermişdir. Lakin o vaxtdan vasitəçilər nə Talıbovun işini düzəltmiş, nə də pulunu geri qaytarmışlar.
Redaksiyadan bu problemin ictimailəşdirilməsini tələb edən Talıbovun sözlərinə görə, məsələdən hərbi hissədə işləyən ailəvi dostu Anarın da xəbəri var. Belə ki, Anar bu məsələ ilə əlaqədar dəfələrlə həmin üç nəfərə xəbərdarlıq etmiş, Afizin olan borclarını qaytarmağı məsləhət görmüş, lakin faydası olmamışdır.
Doğrudur, Talıbovun pulunun qaytarılması ilə hüquq-mühafizə orqanları məşğul olsalar, effektli alınar. Məsələnin digər ilginc tərəfləri də var. Birincisi, hərbçilər və (və ya) hərbi hissələrdə çalışan mülki qullqçular öz məvacibləri ilə qane olmur və dolanışıq üçün başqa vasitələrə əl atırlar. Onlar hətta Talıbovun qarşısında götürdükləri öhdəlikləri yerinə yetirsələr belə bu versiya qüvvədə qalacaq. İkincisi, belə yəqinlik hasil olur ki, Gübrə zavoduna kadrlar bacarıqlarına görə deyil, rüşvətlə işə götürülürlər. Bu isə korrupsiyadır.
Məlumat üçün qeyd edək ki, sözügedən Karbamid Zavodu yeni istifadəyə verilib və gələn ilin əvvəlində işə düşəcəyi deyilir. İş yerləri üzrə vakansiyalar şəffaf surətdə KİV-də elan olunur. Məvacib isə Azərbaycan üçün kifayət qədər yüksəkdir.

Amid Şüküroğlu [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO