Azərbaycan İdeyası

İbad Hüseynova qarşı erməni təxribatı

Tarix:4-11-2015, 14:18
Baxış Sayı:391

Dağlıq Qarabağda və ətraf rayonlarda işğalçı Ermənistan ordusuna və Dağlıq Qarabağda mövcud olan separatçı terrorçulara qarşı göstərmiş olduğu qəhramalıqlara görə, Milli Qəhraman adı verilməli olduğu halda "Azərbaycan Bayrağı orden”i ilə təltif edilən İbad Hüseynova qarşı son günlər planlı şəkildə bir qaralam,gözdən salma,ona qarşı bir "Qara Piar”a start verilib.
Artıq vəziyyət o həddə çatıb ki, "Qara Piar”a özünü vəkil hesab edən, amma uzun bir müddət əvvəl Azərbaycan Vəkillər Kollegiyasından qovulmuş Aslan İsmayılovda qoşulub.
Yəni "hər şey düzdü,bir saqqal-daraq çatmırdı”-el misalındakı kimi Aslan İsmayılovda ortaya düşdü tam oldu.
Mən Naxçıvandan böyük arzularla Bakıya gələn hələ anadan əmdiyi süd burnunda pendirləşməyə,bığ yeri belə tərləməmiş biri idim. Hər gün Azadlıq Meydanında keçirilən mitinqlərdə Milli Azadlıq Hərəkatımızın lideri Əbülfəz Elçibəyin "Bu xalq var olduqca, bu bədəndə bu qəlb döyündükcə, Qarabağı kimsə Azərbaycandan qopara bilməz”-fikri ilə günləri-günə calayaraq Qarabağa döyüşmək istəyən bir gəncdim.
Bir gün AXC-nin "Sahib Bağı” yanında yerləşən qərargahına (İndiki Səbail rayon İcra hakimiyyətinin binası. N.C) hüdür boy,üzündə hər gün dərdi-sərlə qarşlaşmasının gizgiləri ab-açıq görünən bir nəfər gəldi.
Matros Faiqə bu adam Əbülfəz Elçibəylə görüşmək istəyir dedim və Faiqdə yuxarıya bunu bildirdi. Adam Əbülfəz Elçibəylə görüşdü və az sonra pilləkanlarda göründü. Ondan hardan gəldiyini soruşdum
-Qarabağdan.
Məndə sizinlə getmək istəyirəm dedim. Gülümsədi və"Qarabağın əli silah tutan hər bir vətən oğluna ehtiyacı var"- dedi.Sanki mənə dünyanı bağışlamışdılar. Həmən AXC sədrinin qəbul otağına götürüldüm və böyük bəydən Qarabağa getmək üçün xeyir-dua almaq istədim.Birinci cəhtim boşa çıxsa da. Nəhayyət Əbülfəz Elçibəylə görüşdüm. Böyük bəyə Qarabağa getmək istədiyimi və xeyir-dua verməsin istədim.
Əbülfəz Elçibəy,o böyük insan da mənə "Get siz Vətən Qıpçağısınız”-dedi.Elə "get" sözün eşitdikdən sonra necə o Qarabağdan gələn adamın yanına qaçdım. Adını soruşdum Eyvaz Hüseynov dedi.
"Qaz 53”Avtobusla üz tutduq Qarabağa. Artıq Muğanlıya çatanda gecə idi. Axşam kəndin mədəniyyət evində yerləşən hərbi hissənin kazarmasında əsgər çarpayısında uzanıb gözümü yumdum. Səhər sübü tezdən saat 7-də hər kəs kimi məndə qalxdım. Hərbi hissənin "Kaptyorşiki”Elxan əsgər forması verdi və mülkü formanı dəyişdim. Kazarmanın yanında idman meydançasında bir Brusliyə oxşayan əsgərin yapon"nimçaqa"sı ilə məşq etdiyini gördüm. Yaxınlaşdım salam verdim və görüşdük. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO