Azərbaycan İdeyası

Leyla Əliyeva uşaqların şənliyində - FOTOLAR

Tarix:4-07-2019, 10:45
Baxış Sayı:214

İyulun 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil etdiyi növbəti əyləncə və istirahət proqramında iştirak edib.

Korrupsiya-q.az Unikal.orga istinadən xəbər verir ki, Heydər Əliyev Fondu uşaqları paytaxtın dənizkənarı istirahət məkanlarından birində - “Dalğa Beach” istirahət mərkəzində bir araya toplayıb. Fondun təşəbbüsü ilə təşkil olunan tədbirə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşılayıblar. Nizami rayonunun 1, Suraxanı rayonunun 2, Xətai rayonunun 3 saylı uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və 11 saylı inteqrasiya təlimli internat məktəbinin sakinləri bu məkanda yay mövsümünün ovqatını hiss etdilər, günəşli günlərin qayğısız anlarını yaşadıblar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da övladı ilə birlikdə bu şənliyə qoşulub.

Balacalara xas olan hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlarda, attraksionlarda iştirak ediblər, bu isti yay günündə hovuzda üzüblər, onlar üçün hazırlanmış müxtəlif əyləncə proqramları ilə maraqlı asudə vaxt keçirdilər, ətrafdakılarla sevinclərini bölüşüblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlarla söhbət edib, onlar üçün təşkil edilən bu şənliklə bağlı fikirləri ilə maraqlanıb, hər biri ilə şəkil çəkdirib. Uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və inteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını bölüşüblər, burada yeni dostlar qazandıqlarını söyləyiblər, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışıblar. Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinləri ilə görüşə növbəti hədiyyəsi ilə gəlib, onlara maraqlı və unudulmaz bir gün yaşadıb.

Fondun vitse-prezidenti Leyla Əliyeva uşaqlarla birgə rəqs edib.

Hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub. Şənlikdə 200-yə yaxın uşaq iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Ov mövsümü bu tarixədək açıq elan edildi
Ov mövsümü bu tarixədək açıq elan edildi
Qan banklarının siyahısında dəyişiklik edildi
Qan banklarının siyahısında dəyişiklik edildi
Ədliyyə Nazirliyinin Baş İstintaq İdarəsinə
Ədliyyə Nazirliyinin Baş İstintaq İdarəsinə
Hakim xəyanətinin illərlə axıtdığı göz yaşları
Hakim xəyanətinin illərlə axıtdığı göz yaşları
Əli Kərimlinin əmisi oğlunun törətdiyi cinayət ört-basdır edilir – Şəriki tam məsuliyyəti öz boynuna götürür
Əli Kərimlinin əmisi oğlunun törətdiyi cinayət ört-basdır edilir – Şəriki tam məsuliyyəti öz boynuna götürür
Dördüncü ildir pasport qeydiyyatına alınmayan vətəndaş yeni 2026-cı ildən nə gözləyir?
Dördüncü ildir pasport qeydiyyatına alınmayan vətəndaş yeni 2026-cı ildən nə gözləyir?
Sevir Vətənini səmimi-qəlbdən
Sevir Vətənini səmimi-qəlbdən
Hicran Hüseynova – Haqqın zərif gücünün təcəllası
Hicran Hüseynova – Haqqın zərif gücünün təcəllası