Azərbaycan İdeyası

Çörəkpulu kəsilən köçkün ailəsi ağır durumda *

Tarix:5-04-2018, 12:04
Baxış Sayı:316


Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb. Fevralın 21-də imzalanmış həmin sərəncama görə, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.
Bildiyimiz kimi, 2017-ci ilin yanvar ayından məcburi köçkünlərə vahid aylıq müavinət verilməsi onları o vaxtadək aldıqları çörək pulundan məhrum edib. Qeyd edək ki, hökumət tərəfindən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlər hesabına məcburi köçkünlərin kommunal xidmətləri xüsusi limit tətbiq edilməklə ödənilir. Məcburi köçkünlərə adambaşına ayda 150 kVt.saat elektrik enerjisindən pulsuz istifadə limiti ayrılıb.
Bundan başqa, köçkünlərə adambaşına qış aylarında təbii qazdan istifadəyə 45 kub, mart, aprel, may və oktyabr üçün 35 kub, yerdə qalan 4 ay üçün isə orta sərfiyyat 25 kub limit ayrılır. Adambaşına su istehlakı limiti isə aylıq 5 kubdur.
Çörək pulu kəsilənlərdən biri də Ağdərə rayonunun Sırxavənd kəndindən 7 iyul 1993-cü il tarixdən köçkün düşmüş, Ağdam rayonunun eyni adlı kəndində yaşayan 1972-ci il təvəllüdlü Bayramov Müşviq Mətləb oğludur. Dolanışığını təmin etmək üçün iş də tapa bilməyən M.Bayramov dəfələrlə Qaçqınkoma müraciət etdiyini, lakin Komitə mənsublarının ona "ələbaxımlıqdan əl çəkin" deyərək başlarından etdiklərini yazır. Hal-hazırda ailəsinin ağır günlər yaşadığını bildirən Bayramov redaksiyadan bu dramın ictimailəşdirilməsini, aidiyyati qurumların diqqətinə çatdırılmasını xahiş etmişdir.
Mövzuya qayıdacağıq.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı