Azərbaycan İdeyası

ZƏRƏRÇƏKƏNİN TANIDIĞI CİNAYƏTKARI SİSTEM NİYƏ TANIMAQ İSTƏMİR?

Tarix:2-10-2018, 16:53
Baxış Sayı:144

[b][/b]

[b]Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikası Prezident Aparatı Hüquq Mühafizə Orqanları ilə iş üzrə
şöbənin müdiri cənab Fuad Ələsgərova

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova
Surəti: Bakı şəhər prokuroru cənab İlqar Abbasova
Surəti: Nəsimi Rayon Prokuroru cənab Salman Məmmədliyə[/b]
Surəti: Korrupsiya və qanun" qəzetinin baş redaktoru Xuraman Quliyevaya


Astara rayonu, Ərçivan kənd sakini zərəçəkmiş Əliyev Muxtar Əli
oğlu tərəfindən
[b]ŞİKAYƏT[/b]

Möhtərəm Prezidentimiz İlham Əiiyev cənabları və adları çəkilən səlahiyyət sahibləri!

Mən Möhtərəm Prezidentimizin və Sizlərin qızıldan qiymətli vaxtını almağa vadar
olmuşam. Düz yeddi ilə yaxındır ki, mənə başımdan butulka ilə vuran, bıçaqla ürək nahiyyəmin
2 santimetrliyindən vuraraq mənə ağır bədən xəsarəti yetirən, əslində isə öldürməyə cənd edən
Bəhramov Kamran Bəxtiyar oğlu və onu bu işə təhrik edən şəxslər mənə məlum olmayan
vəzifəli şəxslər tərəfindən hansısa yüksək maraq üzündən yüksək səviyyədə himayədarlıq
edildiyinə görə bu günə kimi cinayət məsuliyyətinə cəlb edilmirlər, cinayəti törədən şəxslər
azadlıqda gəzərək mənə göz dağı verməkdədirlər. Mən Baş Prokuror Zakir Qaralov cənabları da
daxil olmaqla şəxsən bütün səlahiyyətli şəxslərin qəbulunda olaraq rəsmi şikayətimi onlara
təqdim etmişəm. Onlar hamısı mənim şikayətimi xüsusi nəzarətə götürdüklərini şəxsən mənə
bildirmələrinə baxmayaraq, tabeçiliklərində olan vəzifəli şəxslər tərəfindən mənə saysız-hesabsız
"cinayəti törətmiş şəxslərin tapılaraq cinayət məsuliyyətinə cəlb ediləcəyi" barədə təsəlliverici
məktublar göndərməkdədirlər. Halbuki, mən 2011-ci ildə istintaqın ilk günlərində işin istintaqını
aparan Nəsimi RPİ-nin müstəntiqi Fərid Şirinova mənə bıçaqla ağır xəsarət yetirən şəxsin
Bəhramov Kamran Bəxtiyar oğlu olmasını bildirərək onu şəxsən özüm tutdıırub istintaqa təhvil
vermişəm. Hətta müstəntiq onunla mənim aramda üzləmə istintaq hərəkəti aparıb və mən də
məni bıçaqla vuran şəxsin Bəhramov Kamran ollmasını onun üzünə bildirsəm də, sonradan mənə
məlum olmuşdur ki, müstəntiq ya həmin üzləşmə istintaq hərəkətini rəsmiləşdirməmiş, ya da onu
gizlətmişdir. Müstəntiq hətta mənə bildirdi ki, üzləşmədən sonra Kamran Bəhramovu həbs
edəcəkdir. Lakin sonradan mənə məlum oldu ki, müstəntiq F.Şirinov ya ona verilən göstərişə, ya
da hansısa şəxsi marağına görə cinayətkar şəxsin şahid kimi ifadəsini alaraq onu azadlığa
buraxmışdır.
Bundan sonra mənim etdiyim şikayətlər əsasında iş üzrə 7 ilə yaxın istintaq aparılaraq düz
12 dəfə istintaqın dayandırılması barədə qərar qəbul edilmiş, lakin həmin dayandırma qərarları
mənim təkidli şikayətlərim əsasında dəfələrlə prokurorluq orqanları və ya məhkəmə tərəfindən
ləğv edilsə də, işin istintaqı yenidən əvvəlki müstəntiq Fərid Şirinova həvalə edilmiş, lakin o da
hər dəfə iş üzrə heç bir istintaq hərəkəti aparmadan icraatın dayandırılması barədə qərar qəbul
edir. Hətta cinayət işi mənim şikayətlərim əsasında Nəsimi RPİ-dən alınaraq Bakı Şəhər BPİ-nin
İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Vüsal Məhərrəmovun icraatına verilsə də, o da Nəsimi
RPİ-nin müstəntiqi Fərid Şirinov kimi, iş üzrə heç bir obyektiv istintaq hərəkəti aparmadan
cinayət işinin dayandırılması barədə bir neçə dəfə qərar qəbul etmiş, lakin sonradan hansısa
səbəbdənsə cinayət işi yenidən Nəsimi RPI-nə qaytarılaraq yenə də müstəntiq Fərid Şirinovun
icraatına verilmişdir. Elə bil ki, Bakı şəhər BPİ-də Vüsal Məhərrəmovdan və Nəsimi RPİ-də
Fərid Şirinovdan başqa müstəntiq yoxdur. Mən dəfələrlə onların apardığı istintaqdan narazılığımı
bildirsəm də, nə sirrdirsə mənim bıçaqla vurularaq ağır xəsarət almağım barədə olan həmin
cinayət işi üzrə istintaqın aparılması bu iki müstəntiqdən başqa digər müstəntiqə verilmir. Bu da
məndə belə bir inam yaradır ki, bu iki müstəntiqə göstəriş verilmişdir ki, mənə qarşı cinayəti
törədən Kamran Bəhramovu nəyin bahasma olursa olsun cinayət məsuliyyətinə cəlb etməsinlər.
Müstəntiq Fərid Şirinovun «cinayət işinin icraatının dayandırılması barədə» qəbul etdiyi 06
may 2017-ci il tarixli qərarı mənim şikayətim əsasında Nəsimi rayon məhkəməsinin hakimi
Şəlalə Həsənova tərəfindən 18 yanvar 2018-ci il tarixdə ləğv edilərək, cinayət işi ibtidai
istintaqın davam etdirilməsi üçün Nəsimi RPI-nin İŞ-nə göndərilmiş və bu dəfə də iş yenidən
Fərid Şirinovun icraatına verilmişdir. Müstəntiq F.Şirinov 07 fevral 2018-ci il tarixdə cinayət
işini öz icraatına qəbul etmiş və cəmi iki gün sonra - 09 fevral 2019-ci il tarixdə cinayət işinin
icraatının dayandırılması barədə əsassız və qanunsuz qərar qəbul etmişdir.

Həmin qərarda göstərilir:
«110070576 saylı cinayət işi 29 noyabr 2011-ci il tarixdə, Nəsimi RPİ-nin 19-cü PB-də
toplanmış materiallar üzrə tərəfimdən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə
başlanılaraq icraata qəbul edilib istintaqı aparılmışdır.
110070576 saylı cinayət işinin ibtidai istintaq müddəti Bakı şəhər prokurorluğu tərəfindən
29 aprel 2012-ci il tarixə kimi uzadılmışdır.
13 aprel 2012-ci il tarixdə 10070576 saylı cinayət işi Azərbaycan Respublikası CM-nin
221.3-ci maddəsindən həmin məcəllənin 126.1 -ci maddəsinə tövsif edilmişdir.
110070576 nömrəli cinayət işi üzrə icraat 13 aprel 2012-ci il tarixdə Azərbaycan
Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır.
27 sentyabr 2012-ci il tarixdə cinayət işi üzrə icraat təzələnərək icraatıma qəbul edilmişdir.
110070576 nömrəli cinayət işi üzrə icraat 27 sentyabr 2012-ci il tarixdə Azərbaycan
Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır.
27 mart 2013-cü il tarixdə cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir.
110070576 nömrəli cinayət işi üzrə icraat 01 aprel 2013-cü il tarixdə .Azərbaycan
Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır.
110070576 nömrəli cinayət işi nəzarət qaydasında Nəsimi rayon məhkəməsi tərəfindən
öyrənilmiş və 01 aprel 2013-cü il tarixli cinayət işinin dayandıniması haqqında qərar 04 iyul
2013-cü il tarixdə ləğv edilərək ibtidai istintaqın davam etdirilməsi üçün Nəsimi RPİ-nin İstintaq
Şöbəsinə göndərilmişdir.
26 iyul 2013-cü il tarixdə cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir.
İ10070576 saylı cinayət işinin ibtidai istintaq müddəti Bakı şəhər prokurorluğu tərəfindən
03 sentyabr 2013-cü il tarixə kimi uzadılmışdır.
110070576 saylı cinayət işi istintaq edilməsi üçün Bakı şəhər BPl-nin İstintaq sə Təhqiqat
İdarəsinə göndərilmiş və 02 sentyabr 2013-cü il tarixdə müstəntiq polis kapitanı Vüsal
Məhərrəmov tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir.
110070576 savh cinayət işinin ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş
Prokurorunun birinci müavini Rüstəm Usubov tərəfindən 03 noyabr 2013-cü il tarixə kimi
uzadılmışdır.
110070576 nömrəli cinayət işı üzrə icraat 17 sentyabr 2013-cü il tarixdə Azərbaycan
Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır.
14 noyabr 2013-cü il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir.
110070576 nömrəli cinayət işi üzrə icraat 14 noyabr 2013-cü il tarixdə Azərbaycan
Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır.
07 aprel 2014-cü il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir.

21 aprel 2014-cü il tarixdə 110070576 saylı cinayət işi Nəsimi RPİ-nin istintaq şöbəsinə
qaytarılmış və tərəfimdən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir
110070576 nömrəli cinayət işi üzrə icraat 21 aprel 2014-cü il tarixdə Azərbaycan
Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır.
110070576 nömrəli cinayət işi nəzarət qaydasında Nəsimi rayon məhkəməsi tərəfindən
öyrənilmiş və 21 aprel 2014-cü il tarixli cinayət işinin dayandırılması haqqında qərar 27 iyun
2014-cü il tarixdə ləğv edilərək ibtidai istintaqın davam etdirilməsi üçün Nəsimi RPİ-nin İstintaq
Şöbəsinə göndərilmişdir.
21 iyul 2014-cü il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir.
110070576 nömrəli cinayət işi üzrə icraat 01 avqust 2014-cü il tarixdə Azərbaycan
Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır.
30 avqust 2014-cü il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir.
03 sentyabr 2014-cü il tarixdə 110070576 saylı cinayət işinin istintaqı Nəsimi RPİ-nin
İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru Firdovsi Əsədliyə həvalə edildiyindən icraatına
qəbul edilərək istintaqı davam etdirilmişdir.
110070576 nömrəli cinayət işi üzrə icraat 04 sentyabr 2014-cü il tarixdə Azərbaycan
Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır.
10 avqust 2015-ci il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir.
21 avqust 2015-ci il tarixdə 110070576 saylı cinayət işinin ibtidai istintaq müddəti
Azərbaycan Respublikası Baş Prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən 26 oktyabr
2015-ci il tarixə kimi uzadılmışdır.
110070576 nömrəli cinayət işi üzrə icraat 27 avqust 2015-ci il tarixdə Azərbaycan
Respublikası CPM-nin 53.1.1-a maddəsinə əsasən dayandırılmışdır.
110070576 saylı cinayət işi istintaq edilməsi üçün Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat
İdarəsinə göndərilmiş və 08 fevral 2017-ci il tarixdə baş müstəntiq polis mayoru Vüsal
Məhərrəmov tərəfindən təzələnib icraata qəbul edilərək istintaqı davam etdirilmişdir.
110070576 nömrəli cinayət işi üzrə icraat 16 fevral 2017-ci il tarixdə Azərbaycan
Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır.
29 aprel 2017-ci il tarixdə cinayət işi üzrə icraat Bakı şəhər BPİ-nin istintaq və Təhqiqat
İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin mühüm işlər üzrə baş müstəntiqi polis mayoru
Vüsal Məhərrəmov tərəfindən təzələnərək ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə Nəsimi
RPt-nin İstintaq şöbəsinə göndərilmiş və 04 may 2017-ci il tarixdə tərəfimdən icraata qəbul
edilib istintaqı davam edilmişdir.
110070576 nömrəli cinayət işi üzrə icraat 06 may 2017-ci il tarixdə tərəfimdən Azərbaycan
Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır.
18 yanvar 2018-ci il tarixdə Nəsimi rayon məhkəməsinin hakimi Şəlalə Həsənova
tərəfindən 06 may 2017-ci il tarixli cinayət işinin dayandırılması haqqında qərar ləğv edilərək

ibtidai istintaqın davam etdirilməsi üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş və 07
fevral 2018-ci il tarixdə cinayət işi üzrə icraat tərəfimdən təzələnərək ibtidai istintaqı davam
edilmişdir.
İstintaq materiallarından görünür ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs 21 noyabr
2011-ci il tanxdə, saat 00:30 radələrində Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon H.B.
Əliyev küçəsi 4 saylı yaşayış binasının zirzəmisində yerləşən meyvə-tərəvəz satılan mağazada,
həmin mağazada satıcı işləyən Əliyev Muxtar Əli oğlunu butulka və bıçaqla vuraraq döş
qəfəsinin ön səthinin sağ yarısında döş və qarın boşluğuna nüfuz edən, diafraqmanın və qara
ciyərin zədələnməsi, II dərəcəli hemorrafik şokla müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş
əzilmiş yarası və sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarəti yetirməklə onun həyatı
üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur.
İstintaq zamanı Əliyev Muxtar Əli oğlu zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş,
sonuncunun aldığı xəsarətlərinin dərəcəsini müəyyən etmək məqsədi ilə məhkəmə-tibbi
ekspertiza təyin edilmiş, müvafiq rəy alınaraq cinayət işinin materiallarına əlavə edilmiş və
cinayəti törədən şəxsin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat tədbirlərinin
keçirilməsi üçün əməliyyat aparatına tapşırıqlar verilmişdir.
Bundan əlavə 110070576 saylı cinayət işi üzrə aparılmış istintaq zamanı hadisə yerinə
baxış keçirilmiş, Ağayev İlham Məhəmməd oğlu, Cəfərov Racib Nurəddin oğlu, Quliyev
Bəxtiyar Hüseynqulu oğlu, Quliyev Hüseynqulu Bəxtiyar oğlıı, Bəhramov Kamran Bəxtiyar
oğlu, Bəhrəmov Bəxtiyar Örucəli oğlu, Bəhramova Elnarə Cəlil qızı, Bəhrəmov imran Bəxtiyar
oğlu, Əbkbərov Səməd Əhməd oğlu və Quliyev Eldar Hüseynqulu oğlu şahid qismində
dindirilmişlər.
Eləcə də, iş üzrə məhkəmə-bioloji və məhkəmə-kriminalistik ekspertizaları təyin edilmiş,
müvafiq rəylər almaraq cinayət işinin materiallarına əlavə edilmişdir.
İstintaq zamanı 20 noyabr 2011-ci il saat 23°°-dan - 21 noyabr 2011-ci il saat 02°°-dək
Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.B.Əliyev küçəsi 4 saylı ünvanda baş vermiş
bıçaqlaşma hadisəsi ilə əlaqədar olaraq «Azcrcell- Telekom» MMC, "Azerfon" MMC-dən
ötürücü antenalarının cədvəli götürülmüş və Bəhrəmov Kamran Bəxtiyar oğlunun istifadəsində
olan 055 531- 78-17 mobil telefon nömrəsinə gələn və çıxan zənglərin siyahısı "Bakcell" MMC-
dən almaraq cinayət işinə əlavə edilmişdir.
İstintaq zamanı Əliyev Muxtar Əli oğluna ağır bədən xəsarəti yetirən şəxsin şəxsiyyətini
müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində əməliyyat tədbirlərinin təşkil olunaraq
keçirilməsinə dair əməliyyat tapşırıqların verilməsinə baxmayaraq, heç bir müsbət nəticə əldə
olunmamışdır.
Göründüyü kimi, cinayət işinin ibtidai istintaqı zamanı cinayəti törətmiş şəxsin şəxsiyyətini
müəyyən etmək mümkün olmamışdır.
Odur ki, cinayət işinin ibtidai istintaq müddətini nəzərə alaraq, cinayət işinin icraatı
təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək dayandırılmalıdır".
Möhtərəm Prezidentimiz, mən inanmıram ki, Azərbaycan Respublikasının istintaq tarixində
bu qədər uzun müddətə, yəni yeddi ilə davam edən istintaq işi olsun. Görünür aidiyyəti orqanlar

ya kimlərinsə qorxusundan, ya da mənə məlum olmayan maraq üzündən bu qədər açıq cinayət
işini süründürərək uzadırlar ki, mənə qarşı bu cinayəti törədən Bəhramov Kamran Bəxtiyar
oğlunun cinayət məsuliyyətinə cəlb etmə müddəti bitsin və bununla da işin icraatına xitam
versinlər.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları! Mən və ailə üzvlərimiz dəfələrlə Sizin
Azərbaycan Respublikasının Prezidenti seçilmənizə ürəkdən səs vermişik. Bu bundan sonra da
belə olacaq. Siz də ölkəmizin Prezidenti seçiləndən sonra bir əlinizi Konstitusiyamıza, bir əlinizi
də müqəddəs Quranımıza basaraq hər bir Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasına
and içib bizə təminat vermisiniz.
Ona görə də Sizdən, ölkəmizin və mənim Prezidentim kimi, mənim pozulmuş hüquqlarımın
bərpa edilməsinə, mənə qarşı ağır cinayət törətmiş Bəhramov Kamran Bəxtiyyar oğlunun cinayət
məsuliyyətinə cəlb edilib cəzalandırılmasına bilavasitə nəzarət etmənizi ailəmiz adından xahiş
edirəm.
Redaksiyadan: Bakı şəhəri Nəsimi rayon məhkəməsi 110070576 saylı cinayət işi üzrə
icraatın dayandırılması haqqında Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi
Fərid Şirinovun 09 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsinə dair Əliyev Muxtar Əli
oğlunun məhkəmə nəzarəti qaydasında verdiyi şikayətə qapalı məhkəmə iclasında baxaraq,
şikayəti təmin etmiş, həmiun cinayət işiu üzrə icraatın dayandırılması haqqında Nəsimi rayon
Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Fərid Şirinovun 09.02.2018-ci il tarixli
qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə qərar çıxarmışdır. Qərarın icrası AR
DİN Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə, qərarın icrasına nəzarət ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə edilmişdir. Ümid edək ki, bundan sonrakı
proseslər cinayətkarın məsuliyyətə cəlb olunması ilə nəticələnəcəkdir.

Təqdim etdi: Tağı Quliyev
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Vurduğu təsdiqlənməyən maddi ziyanı nə məqsədlə anasına ödətdirirdilər?
Vurduğu təsdiqlənməyən  maddi  ziyanı nə məqsədlə anasına ödətdirirdilər?